"Fermerlər kartofun satılmasında əziyyət çəkirlər" - YENİ QƏRARA MÜNASİBƏT
“Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında qüvvəyə minmiş bu qərarın məqsədi daxili istehsalı qorumaq, ölkədə istehsal olunan məhsulun bazarlarda realizə olunmasına dəstək verməkdir”.
Bunu kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli xaricdən idxal olunan kartofun rüsümunun artırılmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu məhdudiyyət qısa müddəti - oktyabrın 31-nə qədər olan dövrü əhatə edir:
“Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında qüvvəyə minmiş bu qərarın məqsədi daxili istehsalı qorumaq, ölkədə istehsal olunan məhsulun bazarlarda realizə olunmasına dəstək verməkdir. Məlumatlara görə, artıq bu gündən İran istiqamətində ölkəyə kartof idxalına məhdudiyyət qoyulub. Bu, sevindirici addımdır, çünki, bu il kartof sahələrində məhsuldarlıq yüksək olub, fermerlər məhsullarının satılmasında əziyyət çəkirdilər. Dövlət bu durğunluğa adekvat reaksiya verərək istehsal-satış prosesini canlandırmağa çalışır.
Təqvimə əsasən, yazlıq kartof aprel-may ayları (“mayovka” deyilən) çıxarılır, mövsümi amillərə görə, satışında ciddi problem yaranmır. Əsas problem may-iyun aylarında yığılan məhsulla bağlıdır, iqlim amillərinə görə, bütün regionlarda eyni vaxtda yetişdiyi üçün, üstəgəl, isti aylarda “ikinci çörəy”ə təlabat aşağı düşdüyü üçün satış zəifləyir, saxlama gücü olmadığına görə fermerlər məhsullarını ümidini satışa bağlayır. Qısamüddətli bu qərar təbii ki, yerli kartofun satışına, təkrar istehsalına müsbət təsir göstərəcək. Şübhəsiz ki, idxalın məhdudlaşdırılması fonunda yaxın iki ay ərzində vəziyyət xeyli dəyişəcək. Lakin kartofa tələbat daha çox soyuq aylarda artdığı üçün oktyabrdan sonrakı dövrdə idxal kartofu yenidən bazarlarımıza ayaq açacaq. Adətən, dekabr ayından etibarən əhalinin tələbatı ilə yanaşı qiymətdə qalxmağa başlayır. Hazırda iri topdansatış bazarlarında məhsulun bir kiloqramı 0.45-0.55 qəpik arasında dəyişir, əhalinin seçimində favorit isə Tovuzdan gətirilən kartofdur”.
Ekspertin sözlərinə görə, bu addım ölkənin ümumilikdə kartof idxalından asılılığını təkzib edə bilməz:
“Rəqəmlərə görə, “ikinci çörək”ə ölkənin illik təlabatı 985 min tondur. Ötən il 58 min 772 min hektarda əkin aparılıb, 882 min ton məhsul tədarük olunub. Statistikaya görə, tələbatla istehsal arasında olan fərq 103 min tondur. Lakin reallıqda ölkəyə payız-qış mövsümündə 160 min tona qədər kartof gətirilib. Bu ölkə tələbatının 16%-i təşkil edir. Üstəgəl, kartof ixracımız idxaldan azdır. Ötən il 58 min tona qədər kartof ixrac etmiş, əvəzində 160 min ton alıb gətirmişik. Əsas kartof idxal etdiyimiz ölkələr İran, Rusiya, Gürcüstan və Türkiyədir. İstehsal həcminə, coğrafi yaxınlığına görə, İran bu il kartof bazarımızın favoriti olacaq.
Ölkənin kartof bazarındakı idxaldan asılılıq faktorunu aradan qaldırmaq üçün saxlama imkanlarının-soyuducu anbar komplekslərinin inkişaf etdirilməsi son dərəcə vacibdir. Saxlama imkanı olmadığı üçün məhsulu torpaqdan çıxan kimi satıb sonra qonşudan almaq məcburiyyətində qalırıq. İkinci ən ciddi problem ölkədə kartof toxumunun yetərincə olmamasıdır. Kartof toxumu Rusiya, Ukrayna, Polşadan gətirilir ki, bu da məhsulun maya dəyərinə ciddi təsir göstərir”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Qafqazinfo"
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Pul siyasətinin hədəfi 2026-cı ildə də inflyasiyanı 2-6% aralığında saxlamaqdan ibarət olacaqdır"
-
1 saat əvvəl
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
- 14 saat əvvəl
-
14 saat əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
14 saat əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
-
14 saat əvvəl
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
Ən çox oxunanlar
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib























