"İki aya vəziyyət düzələcək"
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, valyuta kursundakı dalğalanma barədə "Çox böyük təhlükədən keçdik, iki aya düzələcəyik" deyib və başda Almaniya olmaqla Avropa Birliyinə verdiyi dəstəyə görə təşəkkür edib.
"Marja" xəbər verir ki, Prezident, Qurban bayramından əvvəl başlayan məzənnə böhranının ABŞ rəhbərliyinin siyasi açıqlamalarından qaynaqlandığını deyib.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
Ərdoğan, xüsusən bayramdan əvvəlki iki həftə ərzində ciddi uğursuzluqlar baş verdiyini, ancaq görülən tədbirlər ilə bunun aradan qaldırıldığını söyləyib.
Məzənnədə dalğalanma olsa da nəticədə Türkiyənin bundan çıxacağını qeyd edən Ərdoğan, "Bu prosesdə çox böyük təhlükədən keçdik. Amma bir sıra qərarlar qəbul edib və görüşlər keçirdik. İki ay çəkməz toparlanacağıq. Bu prosesdə, başda Almaniya olmaqla Avropa Birliyi ölkələrindən gələn dəstək çox vacib idi" deyib.
Ərdoğan Türkiyədə baş verəcək problemlərin, bütün Avropayı təsir etməsinin də qarşısının aldığını əlavə edib.
LİRƏ DAHA DA UCUZLAŞDI
Ərdoğanın çıxışından sonra Dollar daha da bahalaşaraq 6.6290 səviyyəsinə qalxıb. Dünən və bugün Lirə 6%-ə yaxın dəyərdən düşüb. Təkcə bu gün saat 12:45-dək Lirənin Dollar qarşısında ucuzlaşması 2.5%-ə çatıb.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
5 d. əvvəl
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
- 11 d. əvvəl
-
-
15 d. əvvəl
"Son 2 il ərzində sığorta ödənişləri 57% artaraq 900 milyon manata çatıb"
-
27 d. əvvəl
Mərkəzi Bank: İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb
-
35 d. əvvəl
Mərkəzi Bank sığorta sahəsində yaxın zamanlarda tətbiqinə başlanılacaq layihələri açıqlayıb
-
56 d. əvvəl
Mərkəzi Bank faiz qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə dəyişiklik edib
-
59 d. əvvəl
Azərbaycanda nağd xarici valyutanın alışı satışını 311 milyon dollar üstələyib
-
1 saat əvvəl
Mərkəzi Bank: Valyuta hərraclarında bankların tələbi azalıb, alışyönlü müdaxilə həyata keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Mərkəzi Bank sığorta sahəsində yaxın zamanlarda tətbiqinə başlanılacaq layihələri açıqlayıb
Mərkəzi Bank: Valyuta hərraclarında bankların tələbi azalıb, alışyönlü müdaxilə həyata keçirilib
Ən çox oxunanlar
Mərkəzi Bank faiz qərarını açıqladı
Bank ABB Xankəndidə Çağrı Mərkəzi yaradır
Gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət!
“Toxumçuluq haqqında” qanun layihəsi hazırlanıb
Milli Məclisə “Balıqçılıq haqqında” qanun layihəsi daxil olub





























