Azərbaycanda şirkətlərin və sahibkarların gəlirlərinin azaldığına işarə
2018-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 27,6 faiz artaraq 9 milyard 860,4 milyon manata, xərcləri isə 16,2 faiz artaraq 9524,3 milyon manata çatmışdır. Büdcənin icrasında yaranmış 336,1 milyon manatlıq profisit ümumi daxili məhsulun 0,9 faizini təşkil etmişdir.
“Marja” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, daxilolmaların 20,2 faizi əlavə dəyər vergisi, 11,4 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,1 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,9 faizi fiziki şəxslərin gəlir vergisi, 3,4 faizi aksizlər, 2,3 faizi sadələşdirilmiş vergi, 2,2 faizi vergilərin digər növləri, 50,5 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilmişdir.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
2018-ci ilin yanvar-iyun ayında 2017-ci ilin yanvar-iyununa nisbətən ən çox vergi daxilolmaları sadələşdirilmiş (33,6%), əlavə dəyər (28,8%) və aksiz (27,7) vergiləri üzrə artıb.
Daxilolmalar hüquqi şəxslərin mənfəət vergisi üzrə 8,2%, fiziki şəxslərin gəlir vergisi üzrə 4%, yol vergisi üzrə isə 51,1% azalıb. Mənfəət və gəlir vergisinin azalması vergi güzəştləri, şirkətlərin mənfəətlərinin, fərdi sahibkarların isə gəlirlərinin azalması ilə bağlı ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)






.jpg)


