“LETS GO” şirkətində təcrübə keçmək şansı - ödənişli
Azərbaycanda fəaliyyətə başlamış olan “Lets GO” şirkəti yeni yaratdığı onlayn bronlama sistemi vasitəsilə turizm sənayəsində mövcüd olan bütün tərəfdaşlar, xüsusilə otel və turizm şirkətləri üçün gözəl imkanlar təklif edir. Böyük marağa səbəb olan yeni platforma – lets-go.travel imkanlarını daha da genişləndirərək Azərbaycanda turizm sahəsində ciddi addımlar atmağı planlayır. Bu səbəbdən “Lets GO” şirkəti 3-6 ay ərzində yuxarı kurs tələbə və magistrantlar üçün ödənişli Təcrübə Proqramını açıq elan edir.
Təcrübə proqramına qoşulmaq üçün aşağıda qeyd olunan tələbləri nəzərə alaraq tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər “Lets GO” şirkətinə CV-lərini göndərərək müraciət edə bilərlər:
Tələblər:
-Məntiqi və analitik düşünmə qabiliyyəti və araşdırma aparmaq bacarığı
-Azərbaycan, rus, ingilis dillərində sərbəst oxuma, danışma və başa düşmə qabiliyyəti
-MS Office və digər texniki proqramlar biliklərinə malik olma
-Yüksək səviyyədə yazılı, şifahi ünsiyyət qurma və təqdimat hazırlama bacarıqları
-Marketinq və satış, onlayn turizm, ofis daxili administrasiya, nəqliyyat xidmətinin təşkili sahələrinə maraq
Proqram sizlərə nə vəd edir?
-Proqramda iştirak sizə yeni və unikal layihədə təcrübə qazanmaq imkanı verəcək.
-Ofisdə təcrübəli əməkdaşlarla birgə çalışaraq rəhbəriniz tərəfindən sizin inkişafınıza nəzarət və peşəkar kimi formalaşmağınıza dəstək olacaq.
-Təcrübə müddətində müvəffəqiyyət qazanacağınız, fərqlənməyi bacaracağınız təqdirdə şirkət daxilində işlə təmin olunmaq şansı qazacaqsınız
-Təcrübə proqramını uğurla başa vuran gənclərin hər birinə şirkət tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir.
Qeyd:
Təcrübə proqramının iştirakçıları ödənişlə təmin olunacaqlar və həftədə 6 dəfə olmaqla iş gününün yarısını işləyəcəklər (saat 09:00-12:30 və ya 14:30-18:00)
Proqrama qoşulmaq istəyən namizədlər 25 avqust 2018-ci il tarixinə kimi [email protected] elektron poçtuna CV, 3x4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə etməklə göndərmələri xahiş olunur. Namizədlərin hansı sahədə təcrübə keçmək istədikləri “Subject” bölməsində qeyd olunmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
28 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
42 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















