Orta aylıq maaş 20 manat artıb
2018-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyon 546,2 min nəfər olmuş, onlardan 885,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 660,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, muzdla işləyənlərin 21,4 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
2018-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz və ya 20 manat artaraq 541,1 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
27 d. əvvəl
“Rabitəbank”da yeni təyinatlar - Sədrə müavinlər təyin olundu
- 38 d. əvvəl
-
- 43 d. əvvəl
-
55 d. əvvəl
AFB Bank-ın “Sürətli Tender Qarantiyası” məhsuluna maraq artmaqdadır!
-
1 saat əvvəl
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
-
1 saat əvvəl
FED sədri: "İnflyasiya hələ də yüksək səviyyədə qalır və faiz endirimi gündəmdə deyil"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
-
2 saat əvvəl
Enerji obyektlərinin vurulması ilə neft qiymətlərində kəskin artım baş verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Rabitəbank”da yeni təyinatlar - Sədrə müavinlər təyin olundu
Qızılın unsiyasının qiyməti 4800 dollar səviyyələrinə düşüb
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Ən çox oxunanlar
Yaponiya faiz dərəcələrini sabit saxladı
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı




















