"Avro/dollar məzənnəsi 1.10-a düşəcək"
İnvestisiyaların idarə edilməsi üzrə qlobal şirkətlərdən biri olan "Aberdeen"in stajlı investisiya direktoru James Athey Dolların Avro qarşısında bahalaşacağını, Avro/dollar məzənnəsinin il sonuna doğru 1.10-a düşəcəyini deyib. Qeyd edək ki, bu dəqiqələrdə Avro/dollar məzənnəsi 1.1691 dollar səviyyəsindədir.
"Marja" xəbər verir ki, Athey, "ABŞ iqtisadiyyatı yaxın keçmişə və digər G10 ölkələrinə nisbətən olduqca sağlamdır. Mən ABŞ-ın iqtisadi göstəricilərinin daha da yüksələcəyini gözləyirəm, 2-ci rübdə 4.1%-lik iqtisadi artım çox yüksək rəqəmdir. Prezident Trampın maliyyə siyasətinin dəstəyi və artan inamla müsbət işarələr artır. ABŞ iqtisadiyyatı və dollar üçün "öküz" bazarı tərəfindəyəm" deyib.
Həmçinin Athey, İngiltərə Mərkəzi Bankının sabahkı toplantısında faiz artıracağını proqnozlaşdırıb.
Bu axşam bazarın Fed-dən çox gözləntisi olmadığını qeyd edən Athey, "Fed siyasət dəyişikliklərini mətbuat konfransı keçirdiyi aylarda edir. Yəni Sentyabr və Dekabr faizin artırılacağı aylar olacaq. İqtisadi olaraq faiz artımını şərtləndirəcək bir dəyişiklik yoxdur. Fed mərhələli olaraq təşviqləri azaldacaq ki, bu da ABŞ iqtisadiyyatının sağlam vəziyyətdə olduğunu işarədir",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
7 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
7 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
8 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 8 saat əvvəl
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"

























