Bu gün Fed faiz qərarını açıqlayacaq
Bu gün ABŞ Mərkəzi Bankının (Fed) növbəti iclası başa çatacaq. İclasda faiz dərəcələrinin sabit saxlanacağı gözlənilir. Prezident Donald Tramp Fed-in faiz artırmasına qarşı tənqidini artırsa belə, bank, yüksələn inflyasiya və güclü iqtisadi artım ilə əlaqədar olaraq bu il daha iki dəfə faiz artırmaq fikirindən imtina edəcək kimi görünmür.
"Marja" xəbər verir ki, Fed bu il faiz nisbətlərini Mart və İyun aylarında artarıb. İnvestorlar Sentyabr və Dekabr aylarında da faizlərin artırılacağını gözləyirlər. Fed 2015-ci ilin Dekabr ayından bu yana yeddi dəfə faiz artırıb.
Fed faiz qərarını bu gün Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq. Mətbuat konfransı nəzərdə tutulmur və Fed-in İyun ayındakı açıqlaması ilə müqayisədə yalnız kiçik dəyişikliklər gözlənilir. Fed İyun ayındakı toplantısında sürətlənən iqtisadi artımı, güclü investisiyaları və inflyasiyada artımı vurğulamışdı.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
ABŞ Ticarət Nazirliyinin ötən Cümə günü açıqladığı məlumata görə, ABŞ iqtisadiyyatı, artan istehlakçı xərclərilə ikinci rübdə proqnoza paralel 4.1 faiz artaraq, təxminən dörd ilin ən sürətli böyüməsini qeyd edib.
Fed-in inflyasiya meyarı olan baza PCE ikinci rübdə 2% artıb.
Fed sədri Jerome Pauell, ABŞ iqtisadiyyatının ən azı üç il daha hökumətin ümumi daxili məhsul artımını təmin edəcək vergi və xərc proqramları ilə "yaxşı bir vəziyyətdə" qalacağına inandığını söyləmişdi.
İşsizlik nisbəti, Fed rəsmilərinin normal qəbul etdikləri səviyyədən aşağıdır.
Fed-in 2019-cu il ərzində də faizləri artırmağa davam edəcəyi gözlənilir.
Bununla yanaşı Fed, ABŞ və Çin arasında malların maya dəyərini artıracaq və şirkətlərin investisiya planlarını zədələyə biləcək ticarət müharibəsinin potensial təsirlərinə qarşı da ehtiyatlı olmağa çalışır.
Özündən əvvəlki ABŞ prezidentlərinin Fed-in siyasəti haqqında açıqlama verməmək ənənəsini pozan Tramp, yüksək faiz nisbətlərinin iqtisadi inkişafa zərər verməsindən narahat olduğunu söyləmişdi.
Tramp Fed-in faiz nisbətlərini yüksəltmək siyasətinə qarşı tənqidini sərtləşdirərək, bunun ABŞ-ın "böyük rəqabət üstünlüyünə" kölgə saldığını və ABŞ iqtisadiyyatına zərər verə biləcəyini bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
7 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
7 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
8 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 8 saat əvvəl
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
























