Azərbaycan şirkəti 204 milyon avroluq layihədə
Serbiyada Azərbaycan şirkətinin də tikintisinə cəlb olunduğu Belqrad dairəvi yolunun təməlqoyma mərasimi keçirilib. Mərasimdə Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç, bu ölkənin dövlət rəsmiləri, Çin Xalq Respublikası və Azərbaycan Respublikasının Serbiyadakı səfirliklərinin təmsilçiləri və tikintiyə cəlb olunan şirkət nümayəndələri iştirak ediblər.
"Marja" xəbər verir ki, ümumi dəyəri 204 milyon avro olan layihə 4, 5 və 6-cı sektorla bölünməklə 3 hissədən ibarətdir. Maliyyənin 85 faizini “Exim Bank of China”, 15 faizini isə Serbiya hökuməti ayırıb.
Tikinti işlərini Çin Xalq Respublikasının “Power Construction Corporation of China Ltd” və Azərbaycan Respublikasının “AzVirt” MMC şirkətləri podratçı olaraq birlikdə həyata keçirəcək. “AzVirt” MMC layihənin 4-cü sektor üzrə 7,7 kilometrlik və 6-cı sektor üzrə 9,6 kilometrlik hissələrinin, eləcə də 7 ədəd körpü və üst keçidi, 2 ədəd tunelin tamamlama işləri və 1 ədəd tunelin inşasını icra edəcək. Tikintinin 2021-ci ildə tamamlanması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)



