17 yaşında iki şirkət quran məktəbli
Ben Towers gənc yaşına baxmayaraq artıq öz şirkətini qurub. 17 yaşında olan gənc təşəbbüskar iki şirkətə sahibdir. “Uğur qazanmaq üçün məktəbin bitməsini gözləməyin” söyləyən Towers, yaşıdlarına “yaşınızın üstünlüklərindən faydalanın” deyir.
Texnologiyanın sürətlə irəliləyişi bir çox insana fikirlərini həyata keçirə biləcəyi bir mühit təqdim edir. Məktəbdə oxuyan zaman xəyallarını reallaşdırmaq artıq çox insan üçün çətin bir şey deyil. Məsələn Ben Towers, hələ 17 yaşında olmasına baxmayaraq 2 şirkəti var və illik 650 min dollarlıq dövriyyəyə sahibdir. Yaşıdları hansı universitetə daxil olacağı haqqında planlaşdırdığı halda o şirkətini böyütmək fikrindədir.
O, Towers Design və Social Marley adlı şirkətlərin sahibidir. 2 il sərbəst web dizayner kimi çalışdıqdan sonra hələ 13 yaşında olanad Towers Design şirkətini qurub. 2016-cı ildə şirkətlərinin ümumi dövriyyəsi 650 min dollara qədər yüksəlib.
700 müştərisi var
Towers Design şirkətini qurduqdan sonra başqa bir şirkət daha yaradıb. O, sosial media sektoru üçün yeni bir vasitə olan Social Marleyi qurub. Ben Towers bir çox şirkət tərəfindən ən təcrübəli gənc təşəbbüskar kimi tanınır. Hazırda 20 işçisi olan şirkətləri 700-dən çox müştəriyə sahibdir. Towers, “İşlər həqiqətən çox yaxşı gedir. Məqsədim startuplara sosial media sahəsində dəstək olmaqdır. Virgin kimi şirkətlər yalnız sosial mediaya milyon dollarlıq investisiyalar edir. Ancaq kiçik şirkətlərin belə bir gücü yoxdur. Mən də onlara bu mövzuda köməkçi olmaq istəyirəm ” deyir.
İşinizə qarşı ehtiraslı olun
Bu qədər gənc yaşda işə başlamağın çətinliyini deyil üstünlüyünü yaşadığını söyləyən Towers belə davam edir: “Gənc bir təşəbbüskar olmaq, gələcəkdə biznes dünyasını formalaşdırmağın bir parçası olmaq deməkdir. Bu hədəf insana bacarmaq motivasiyası verir. “Ben Towersin gənclərə tövsiyyəsi isə belədir:” Bir şeylər etmək üçün məktəbin bitməsini gözləməyin. Mən elə etmədim. Etdiyiniz işi sevməyiniz lazımdır. İşinizi görərkən ehtiraslı olun. Yaşınızı inkar etməyin. Yaşınızın üstünlüklərini yaşayın! “
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 d. əvvəl
NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb
- 37 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Dəmir Yolları Çindən yeni yük və sərnişin lokomotivləri alır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
3 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
Oracle-da böyük miqyasda ixtisar
"Subsidiya qaydalarına və texnikalara güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
Ən çox oxunanlar
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR






























