Məşhur investordan zidd strategiya: Bütün "yumurtaları" eyni səbətə qoyun
İnvestisiya mövzusunda ən çox qəbul olunmuş strategiyalardan biri şaxələndirmədir.
Birdən çox, hətta mümkünsə bir-biri ilə əlaqəsi zəif olan aktivə yatırım etmək haradasa investorlara verilən ilk dərsdir.
Ancaq dünyanın ən məşhur investorlarından biri belə düşünmür!
“Marja” xəbər verir ki, beynəlxalq maliyyə və investisiya mütəxəssisi Cim Rocersə (Jim Rogers) görə, investisiyaların diversifikasiyası zəruriliyi tamamilə uydurulmuş bir strategiyadır.
"İnsanlara şaxələndirmənin öyrədildiyini bilirəm. Ancaq bu, sadəcə, ittiham edilməmək üçün vasitəçi agentliklərin tapdığı bir şeydir" deyən Rocers," Əgər varlı olmaq istəyirsinizsə konsentrasiya olmalı və fokuslanmalısan" deyir.
Bu fikir ümumi qəbul olunmuş qaydaya tamamilə ziddir; Ancaq Cim Roceri dünyanın ən uğurlu investorlarından biri edənin də bu zidd düşüncə tərzi olduğu bildirilir.
“Quantum Fund”ın təsisçilərindən olan əmtəə sərmayəçisi ötən 10 ildə 4200 faiz gəlir təmin etmişdir.
Rocers, "Wall Street-də deyilən şey bütün yumurtaları eyni səbətə qoymamaq lazımdır. Mən düşünürəm ki, bütün yumurtaları eyni səbətə qoymalısınız. Ancaq bunun doğru səbət olduğuna əmin olmalısınız və səbətə çox diqqətlə baxmalısınız" deyir.
Rocers, "Doğru qoymasanız, hər şeyi itirə bilərsiniz. Ancaq doğru oynasanız çox varlı ola bilərsiniz. Bu arada mən də bunun asan olduğunu düşünmürəm. Asan deyil. Çox dəqiq proqnoz və iş istəyir" deyərək bu investisiyanın riskli ola biləcəyinin qeyd edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)




.jpg)
