Dollara təsir edə biləcək mühüm qərar açıqlanacaq
Bu gün Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq Amerika Mərkəzi Bankının faiz qərarı və saat 22:30-da baş tutacaq mətbuat konfransı dünya valyuta birjalarında güclü dalğalanmalara səbəb ola bilər.
Amerika Mərkəzi Bankı (FED) ildə 8 dəfə uçot faizlərini müzakirə edir. Bu qərar investorlar tərəfindən diqqətlə izlənilir və beynəlxalq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olur. FED-in faiz qərarında adətən aşağıdakı ssenarilərdən biri baş verir:
a) Faiz qərarından öncə maliyyə bazarlarında faiz dəyişikliyi artıq proqnozlaşdırılıb;
b) Faiz qərarına kimi faizlərin dəyişməyəcəyi proqnozlaşdırılır;
c) Faiz qərarına kimi gözləntilər qeyri-müəyyəndir və sürpriz qərar açıqlanır.
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
Birinci və ikinci ssenarilər maliyyə aktivlərinin ticarəti zamanı artıq əvvəlcədən nəzərə alınır və investorlar gələcək gözləntilərə fokuslanır. Məhz bu zaman yarım saat sonra baş tutan mətbuat konfransında gələcək gözləntilərə dair verilən açıqlamalar daha çox investorların diqqət mərkəzində olur. Sonuncu ssenaridə isə açıqlanan qərardan asılı olaraq, dalğalanma daha yüksək olur.
NƏ GÖZLƏNİLİR?
İlk öncə qeyd etmək lazımdır ki, cari ilin yanvar-fevral ayından maliyyə bazarlarında FED-in iyun ayında 2.00%-ə kimi faiz artımına gedə biləcəyi proqnozları çox yüksək idi. Bu səbəbdən dolların aparıcı valyutalara nisbətən orta qiyməti bu günə kimi 8%-ə kimi dəyər qazanıb. ABŞ-ın yeni xarici ticarət siyasəti isə ölkədə inflyasiyanın daha da arta biləcəyinə işarədir ki, bu, FED-in ilin sonuna kimi əlavə faiz artımına gedə biləcəyini proqnozlaşdırmağa əsas verir. Lakin bunu investorlar FED sədri Jerom Povelin dilindən eşitmək istəyəcəklər.
VALYUTA BİRJALARINA TƏSİRİ
FED sədri mətbuat konfransında ilin sonuna kimi əlavə faiz artımına gedə biləcəyi ilə bağlı hər hansı bir fikir bildirərsə, bu, dolların aparıcı valyutalara nisbətən məzənnələrinin əlavə olaraq 2%-ə kimi bahalaşmasına təsir edə bilər. Bu, eyni zamanda FED-in ABŞ-da inflyasiya artımının nə qədər dayanıqlı qiymətləndirməsindən asılı olacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
14 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
14 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 16 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR


















