Neft qiymətləri düşür - BAZAR İYUN TOPLANTISINI GÖZLƏYİR
Neft qiymətləri düşür. Səbəb ABŞ-da neft hasilatının artdığı bir dövrdə Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və Rusiyanın istehsalı artırmağa hazırlaşdıqlarını bəyan etmələridir.
"Marja" xəbər verir ki, aralarında Səudiyyə Ərəbistanının da olduğu OPEC üzvləri və tərəfdaşları hasilatlarını artıra biləcəklərini bəyan ediblər. Buna səbəblər kimi, artan qlobal tələbat və dünyanın bəzi ölkələrində (Venesuella, İran) hasilat problemlərinin meydana gəlməsi riskinin yaranmasını göstəriblər. Səudiyyə Ərəbistanı və Rusiya hesab edir ki, gələcəkdə ortaya çıxa biləcək kəsirləri vaxtında ödəmək üçün hasilat öncədən artırılmalıdır. Digər tərəfdən, "Baker Hughes"un məlumatlarına görə, ABŞ-da neft qazma qurğularının sayı 2015-ci ilin Mart bu yana ən yüksək səviyyəsinə qalxıb.
OPEC və OPEC üzvü olmayan istehsalçılar 2018-in sonuna qədər hasilatı gündə 1.8 milyon barrel azaltmağa razılaşmışdılar.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
Bazar, İyun ayında Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının keçirəcəyi toplantını gözləyir. Bu toplantıdan çıxacaq qərar neft qimətlərinin istiqamətini müəyyən edəcəkdir.
Bakı vaxtı ilə saat 08:40-da Qərbi Texas nefti (WTI) 65.83 dollardan, Brent nefti isə 76.49 dollardan alıcı tapıb. Bu gün Brent nefti 0,4% ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 36 d. əvvəl
- 50 d. əvvəl
-
-
57 d. əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Ən çox oxunanlar
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib





























