"Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb"
"Qadın hüquqlarının pozulması, gender əsaslı zorakılıq bəşəriyyətin qarşısında dayanan vacib və qlobal səviyyəli məsələlərdir".
Bunu Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı layihənin yekun konfransında deyib.
Uşaqların cinsə görə nisbətinin pozulmasını zorakılığın bir forması kimi qiymətləndirən S. Qəhrəmanova vurğulayıb ki, belə münasibət qadına, onun sağlamlığına, doğulmayan qızlara qarşı zorakılıqdır. Eyni zamanda ailədaxili münasibətlərdə yaranan problemlərdən biri də uşaqların cinsi ayrı-seçkiliyə məruz qalmasıdır.
Komitə təmsilçisi əlavə edib ki, hazırda dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır: "Hamiləliyin süni şəkildə pozulması faktı inkişaf etmiş ölkələrdə il ərzində 28 milyon, inkişaf etməkdə olan ölkələrdə isə il ərzində 182 milyondur. Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb və əhali arasında cinsi nisbət demək olar ki, bərabərləşib. Hazırda əhalinin 49.9 faizini kişilər, 50.1 faizini isə qadınlar təşkil edir".
S. Qəhrəmanova uşaqların cinsi nisbətinin pozulmasının cəmiyyəti düşündürən məsələlərdən biri olduğunu vurğulayaraq, bu prosesin bir çox halda təbii surətdə baş vermədiyini qeyd edib: "Problemin aradan qaldırılmasında maarifləndirmə işlərinin və səhiyyə xidmətlərinin inkişafı vacibdir. Xüsusilə kənd yerlərində ailə planlaması, arzu edilməyən hamiləlikdən qorunma, süni mayalanma, reproduktiv sağlamlığın qorunması kimi maarifləndirmə kampaniyalarının aparılması zəruridir".
Sədr müavinin sözlərinə görə, hazırda 2017-2025-ci illər üzrə Reproduktiv Sağlamlığa dair Milli Strategiya hazırlanır: "Bundan başqa, son illər bu sahədə görülən işlər də müsbət nəticə verib. Belə ki, ölkədə 2015-ci ildə hər 100 qıza 117 oğlan düşürdüsə, 2016-cı ildə yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46.8% təşkil edərək hər 100 qıza 114 oğlan düşüb.(Bioloji norma 100 qız 105-107 oğlan təşkil edir). Hazırda bu nisbət 100-ün 112-dir".
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
19 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN














.jpg)







