Çin-dən ABŞ-a 200 milyard dollarlıq təklif
ABŞ Prezidenti Donald Tramp-ın komandasından bir rəsminin dediyinə görə, Çin, ABŞ ilə olan xarici ticarət artığını (profisitini), ABŞ məhsullarının idxalını artıraraq 200 milyard dollar azaltmağı təklif edib. Çinin ABŞ-a ixracı idxalını üstələyir.
"Marja" xəbər verir ki, ad vermək istəməyən səlahiyyətli, təklifin, Çin Baş nazirinin köməkçisi Liu He-nin ticarət münaqişəsini həll etmək məqsədilə ABŞ-a etdiyi səfər əsnasında reallaşan görüşlərdə təqdim olunduğunu bildirib, ancaq ABŞ-ın təklifi necə cavab verdiyinə dair məlumat verməyib.
Analitiklər bildirir ki, təklif qəbul edilərsə, bazar həssaslığı üçün yaxşı xəbər olar. Çinin xarici ödəmələr balansında potensial pisləşməni nəzərə aldıqda isə, Yuanın bu xəbər ilə zəifləyə bilər.
Asiya bazarları, Cümə günü erkən saatlarda xəbərə çox reaksiya göstərməyib. Yaponiya və Koreya səhmləri yüksəlib, Çin və Honq Konq səhmləri dalğalanb, Avstraliya səhmləri düşüb.
Qeyd edək ki, Çin ABŞ-a daha çox məhsul satır. ABŞ isə Çinə ən azı eyni miqdarda məhsullar sata bilmədiyindən şikayətlənir. ABŞ-ın Çin ilə olan ticarət kəsiri 2016-da 347 milyard dollar olmuşdur.
Tramp, mart ayının əvvəlində, idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz gömrük tarifi tətbiq edəcəyini açıqlamışdı.Çin buna cavab olaraq, ABŞ-dan idxal edilən təxminən 3 milyard dollar məbləğindəki 128 məhsula 15 faiz ilə 25 faiz vergi tətbiq edəcəyini bildirmişdi.
Donald Tramp hökuməti, aprel ayının əvvəlində, Çindən idxal edilən və ümumi dəyəri 50 milyard dolları olan təxminən 1300 məhsula 25 faiz əlavə gömrük tarifi tətbiq edəcəyini bildirmişdi. Çin isə cavab tədbirləri kimi, ABŞ-dan idxal edilən 50 milyard dollar dəyərində 106 məhsula 25 faiz vergi tətbiq edəcəyini bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir





















.jpg)
