Pomidor 24 milyon dollar valyuta gətirib
2018-ci ilin I rübü ərzində qeyri-neft sektoru üzrə ixrac 356,4 milyon ABŞ dolları təşkil etmişdir. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac 35 faiz artmışdır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin ilk 3 ayı ərzində ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilmişdir (98,7 milyon ABŞ dolları).
2018-ci ilin I rübü ərzində ixrac olunan qeyri-neft sektoruna aid məhsullar arasında isə elektrik enerjisi birinci (33,9 milyon ABŞ dolları), qızıl (30,9 milyon ABŞ dolları) ikinci, xüsusi kütləsi 0,94-dən az olan
ilkin formalı polietilen (26,3 milyon ABŞ dolları) üçüncü olmuşdur.
Həmçinin cari ilin yanvar-mart aylarında tomatın (pomidor) ixracı 24 milyon, qabığı təmizlənmiş meşə fındığının ixracı 23,7 milyon, xurmanın ixracı 19,1 milyon, pambıq lifinin (daranmaya məruz qalmamış) ixracı 13,3 milyon, alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələrin ixracı 11 milyon, daş kömür qatranının yüksək temperaturlu qovulmanın digər yağlarının ixracı 9,5 milyon, almanın ixracı 9 milyon ABŞ dolları təşkil etmişdir.
Ümumiyyətlə isə 2018-ci ilin I rübü ərzində meyvə-tərəvəzin ixracı 80,7 milyon, elektrik enerjisinin ixracı 33,9 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 32,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 30,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 15,8 milyon, kimya sənayesi məhsullarının ixracı 12,4 milyon ABŞ dolları olmuşdur.
Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin I rübündə elektrik enerjisinin ixracı 8,6 dəfə, meyvə-tərəvəzin ixracı 45,7 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 34,8 faiz, kimya sənayesi məhsullarının ixracı 29,5 faiz, pambıq ipliyinin ixracı 24,8 faiz, çayın ixracı 12,9 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 4 faiz artmışdır.
2018-ci ilin mart ayında qeyri-neft sektoru üzrə ixracda elektrik enerjisi (13,6 milyon ABŞ dolları) birinciliyini qorumuşdur. Bu siyahıda ikinci yeri tomat (9,3 milyon ABŞ dolları), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (8,3 milyon ABŞ dolları) tutmuşdur.
Cari ilin mart ayında xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilenin ixracı 7,9 milyon, qızılın (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) ixracı 6,3 milyon, emal olunmamış aşqarlanmamış alüminiumun ixracı 4,6 milyon, alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələrin ixracı 3,5 milyon, daş kömür qatranının yüksək temperaturlu qovulmanın digər yağlarının ixracı 3,5 milyon, qara metallardan neftqaz buruqlarının qazılması üçün qaynaq yeri olmayan digər nasos-kompressor borularının ixracı 3,4 milyon, pambıq lifinin (daranmaya məruz qalmamış) ixracı 3,3 milyon, mis və sink əsasında emal olunmamış ərintilərinin (latun) ixracı 2,9 milyon, almanın ixracı 2,6 milyon ABŞ dolları olmuşdur.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 58 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib






















