Sərvəti 7 milyard dollar "əridi", Avropanın ən varlı adamı dəyişdi
Zara, Bershka, Pull & Bear kimi markaları ilə moda sektorunun ən böyüyü olan "Inditex" şirkətinin səhmləri son 3 ilin ən aşağı səviyyəsinə enib.
"Marja" xəbər verir ki, 2017-ci ilin sonunda doğru 36 avro civarında qiymətlər ilə əməliyyat görən İspaniyanın tekstil nəhənginin səhmləri yalnız Cümə günü 7% dəyərdən düşüb və 25 avro olub.
2017-ci ilin sonunda 75 milyard dollardan çox sərvətilə dünyanın ən zəngin 4-cü adamı kimi tanınan "Inditex"in sahibi Amancio Ortega da səhmlərdəki ucuzlaşma səbəbilə sərvətindən 7 milyard dollar itirib.
Orteganın sərvəti, keçən ilin avqust ayında 85 milyard dollara qədər çıxaraq qısa müddətə dünyanın ən zəngini də olmuşdu.
Yalnız cümə günkü azalmada 4.3 milyard dollar itirən Amacio Ortega, milyarderlər sırasında 67.8 milyard dollarla 7-ci sıraya enib.
BERNARD ARNAULT 75 MİLYARD DOLLARLA AVROPANIN ƏN VARLI ADAMI OLDU
Beləliklə Ortega, Avropanın "ən varlı adamı" adından da olub. Forbes milyarderlər siyahısında 75.1 milyard dollar sərvəti olan Fransız iş adamı Bernard Arnault birinci yerə çıxıb. Arnault, eyni zamanda dünya siyahısında da 4-cü sıraya yüksəlib.
68 yaşlı milyarder, Dior, Bulgari, Kenzo, Tag Heuer, Hublot, Don Perignon kimi markaları olan və dünyanın ən böyük lüks istehlak qrupu olan "LVMH Moët Hennessy Louis Vuitton SE"nin rəhbəridir.
JPMorgan analitiklərinə görə, bu nəticə, "Inditex"in ilin əvvəlindəki tətillər səbəbindən satışlarında durğunluq və ehtiyatlarını əritmək istəyən şirkətin böyük endirimlər etməsi ilə əlaqədardır. "Inditex" noyabr - dekabr ayındakı 5 həftəlik dövrdə isə satışlarını 13 faiz artırmışdı.
Bəzi analitiklər isə,güclü Avro səbəbilə inkişaf etməkdə olan ölkələrin alıcılıq qabiliyyətinin düşməsinə diqqət çəkirlər. Avro bahalaşdığından Avropadan alınan geyimlər də bahalaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)







