Bir uşağı 18 yaşına qədər böyütməyin xərci nə qədərdir?
Tayvanlı bir ananın çəkdiyi təhsil xərcləri qarşılığında diş həkimi oğlundan 1 milyon dollar təzminat qazanması uşaq böyütməyin maya dəyərilə bağlı yeni bir müzakirənin yaranmasına səbəb olub. Bu xərc, ölkəyə və gəlir vəziyyətinə görə dəyişir.
"Marja" xəbər verir ki, ötən günlərdə Tayvanda bir ananın özü kimi diş həkimi olan oğlundan çəkdiyi təhsil xərclərini geri almaq üçün məhkəmədə 1 milyon dollarlıq təzminat qazanması internet saytlarında geniş müzakirələrə səbəb olub.
Övladdan, onun böyüməsinə və oxumasına sərf edilmiş pulu tələb etməyin səhv olduğunu müdafiə edənlər qədər, xərclərin çox yüksək olduğundan şikayət edənlər də var.
Həyat yoldaşından boşanan və iki oğlunu təkbaşına böyüdən ana, onları diş həkimliyi fakültəsində oxutmaq üçün göstərdiyi fədakarlığa qarşı məzun olduqdan sonra onların özünə 1.7 milyon dollar ödəmələrini nəzərdə tutan saziş imzalayıb.
Müqavilə uşaqlar yetkinlik yaşına çatdıqdan sonra imzalanıb. Böyük oğul anası ilə razılaşıb, daha az pul ödəyərək müqaviləni ləğv edib. Kiçik oğul anasının klinikasında çalışıb, ona ödəməsi lazım olandan daha çox pul verdiyini iddia edərək sazişə riayət etməmişdir. Məhkəməyə müraciət edən ana yanvar ayında faizilə birlikdə 967 min dollarlıq təzminat qazanıb. Qərar, yeniyetmələrin yaşlı valideynlərinə baxmağa borclu olduğu Tayvanı ikiyə bölüb.
Uşağı böyürməyin ən böyük xərcləri arasında kirayə (mənzil), qidalanma və təhsil yer alır.
Bəs bir uşağı saxlamağın xərci nə qədər? Bu rəqəm ölkəyə, yaşanan yerə və gəlir vəziyyətinə bağlı olaraq dəyişir. İnkişaf etməkdə olan ölkələrdə uşağı 18 yaşına qədər böyütməyə aztəminatlı ailə 40-50 min manat, orta gəlir qrupu 50-250 min manat, yüksək gəlir qrupu isə 250 min 600 min manat sərf edir. İnflyasiya fərqi əlavə olunduqda isə ən aşağı gəlir qrupunun xərclədiyi məbləğ 60 min manatı keçir.
ABŞ-DA ORTA HESABLA 233 MİN 610 DOLLAR TUTUR
ABŞ-dakı rəsmi məlumatlara görə, uşağın 18 yaşına qədər xərci 233 min 610 dollardır. Böyük Britaniyada isə 21 yaşına qədər bir uşaq üçün çəkilən xərclər təxminən 230 min funt-sterlinqdir (320 min dollar). Tayvanda isə bu rəqəmin 194 min dolları çatdığı güman edilir.
ABŞ-da ailələr uşaq yetişdirmək üçün 18 ildə orta hesabla 233 min 610 dollar sərf edir. Hesabdakı ən böyük xərc 29% ilə məskunlaşmadır. Xərcin təxminən 3-də 1-ni təşkil edən bu məbləğə uşağa ayrı bir otaq təmin edilməsi artan kirayə, istilik, su və elektrik xərcləri daxildir. Qardaşların bir otaqda qalması xərci aşağı salır. Büdcənin ikinci böyük xərci isə qidalanmadır. Bu da uşaq başına 41 min 400 dollar tutur. Növbəti yerləri nəqliyyat, səhiyyə və geyim xərcləri tutur. Qidalanma büdcədən 18 faiz, nəqliyyat isə 15 faiz pay alır.
UŞAQ BÖYÜDÜKCƏ, XƏRC DƏ BÖYÜYÜR
Doğuş xərci sayılmadıqda uşaqların uşaqlıq dövrü əslində nisbi olaraq daha az xərc tələb etdikləri dövrdür. Körpə bezi, mama və baxıcı xərci bu dövrdə daha yüksək olsa da, məktəbə başladıqdan sonra nəqliyyat, qidalanma, sağlamlıq və geyim xərcləri uşağın böyüməsilə birlikdə artır.
İNGİLİSLƏRİN BÜDCƏSİNİN 3-DƏ 1-İ DAYƏ XƏRCİDİR
Uşaq yetişdirmə xərcləri daxilində uşağa baxılması üçün xərclənən pul ən böyük xərclərdən birini təşkil edir. OECD-yə görə, İngiltərə dayənin ən bahalı olduğu ölkədir. Bir İngilis ailə gəlirlərinin 33.8%-ini dayə üçün sərf edir. Bu nisbət Yeni Zelandiyada 29 faiz, İrlandiyada 27.4 faiz, İsveçrədə isə 25.6 faiz səviyyəsindədir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatına görə, amerikalı bir ailə dayə üçün gəlirlərinin orta hesabla 25.6%-ni, yəni dörddə birini ayırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
9 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi













.jpg)






.jpg)


