Həyat sığortaçıları imtiyazlar axtarışındadır - GÖRÜŞ
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə həyat sığortası istiqamətində işçi qrupunun görüşü keçirildi.
ASA-dan "Marja"ya daxil olmuş məlumata görə, görüşdə ölkədə fəaliyyət göstərən həyat sığorta şirkətlərinin və Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələri iştirak edib.
Görüşdə həyatın yığım sığortası ilə vətəndaşlara vergi və məcburi dövlət sosial sığorta sahəsində nəzərdə tutulan imtiyazlar, onun həm vətəndaşlar, həm də dövlət üçün yaratdığı imkanlar qeyd edilib və bu barədə müzakirələr aparılıb.. “Sosial sığorta haqqında” Qanuna təklif edilən düzəlişlər, onun sığorta bazarında doğuracağı nəticələr, üstünlüklər və çatışmazlıqlar barədə fikir mübadiləsi aparılıb.
İşçi Qrupu tərəfindən Qanuna dəyişikliklə əlaqədar məsələnin hərtərəfli araşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və bununla bağlı müvafiq orqanlara müraciət edilməsi qərara alınıb.
Qeyd etmək lazımdır ki, 1997-ci il “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanuna 21 oktyabr 2005-ci ildə edilmiş dəyişikliyə uyğun olaraq 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə sığortaedənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər məcburi dövlət sosial sığorta haqqından azaddır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə 19 iyul 2009-cu ildə edilmiş dəyişikliyə müvafiq olaraq 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 9 d. əvvəl
-
-
23 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
-
1 saat əvvəl
Ekspertiza müddəti azalaca - "Patent haqqında" qanuna dəyişikliklər edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti
Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq






























