Simsiz rabitənin fermerlər üçün yaratdığı üstünlüklər və imkanlar -TELEMETRİYA
Əksər fermerlərin əyalətin müxtəlif yerlərində, hətta ondan kənarda bir neçə tarlası var. Digər tərəfdən, bəzi fermerlərin bir tarlası var, amma həmin tarlanın ərazisi və ya ölçüsü çox böyük olduğuna görə bir neçə metereoloji stansiyadan istifadə edir. Fermerin ehtiyaclarına uyğun olaraq səciyyəvi telemetrik həll yolu hazırlanmalıdır. Aşağıda fermerlərin üzləşə biləcəyi iki ssenarini və həmçinin hər bir ssenari üçün xüsusi telemetrik həlli təqdim edirik:
Ssenari 1
1-ci fermerin təpəli ərazidə meyvə bağı var. Fermer bir neçə nöqtədə ölçmə işləri aparır, çünki bağının alçaq yerləri şaxta və xəstəliyə daha çox meyllidir. Bu fermer üçün uyğun seçim metereoloji stansiyaları evindəki və ya ofisindəki radiobazaya qoşmaq üçün orta diapazonlu radiolardan istifadə etmək olardı. Hər bir metereoloji stansiyada məlumatlarını simsiz olaraq baza radiostansiyaya göndərmək üçün radio olacaqdır. Bunu əldə etmək üçün hər bir metereoloji stansiyadan radiobazaya birbaşa, maneəsiz cığırın olması tələb olunur. Bu, o deməkdir ki, bu yolda meyvə ağacı, meşə ərazisi, bina və ya digər böyük strukturlar kimi maneələr olmamalıdır. Zərurət yarananda radio maneəsiz cığır üçün metereoloji stansiyadan daha yüksəkdə quraşdırıla bilər. Əgər fermerin tarlası bir və ya bir neçə simsiz radionun radiobazayla əlaqə saxlaması üçün çox böyükdürsə, o halda, mobil telemetriyadan istifadə etməyi nəzərdən keçirmək olar.
Bununla belə, fermerin yenə də metereoloji stansiya şəbəkəsindən verilənləri toplamaq və müşahidə etmək üçün iki seçimi vardır. Əgər radiobaza kompüterə qoşulubsa, verilənləri kompüter proqramından istifadə etməklə istədiyiniz vaxtda tələb etmək olar. Əgər radiobaza lokal şəbəkəyə (LAN) qoşulubsa, verilənləri avtomatik olaraq müəyyən intervallarla toplamaq olar. Daha sonra verilənlər internetə yüklənilir və bu məlumatlara kompüter, ağıllı telefon və ya planşetdən istifadə etməklə internet portal vasitəsilə baxmaq olar.
Ssenari 2
2-ci fermerin dörd tarlası var: biri həyətində, biri evinin yaxınlığında, digər ikisi isə iki qonşu əyalətdə. Fermer hava və torpaqla bağlı məlumatları əldə etmək üçün bu uzaq olan iki tarlaya mütəmadi səfər edə bilmir, amma bu məlumatları mütəmadi şəkildə əldə etməlidir. Bu məlumatları daha da əlçatan etmək üçün bir neçə yol vardır. Fermer mobil modem vasitəsilə məlumatları simsiz olaraq internet portala göndərmək üçün hər dörd ərazidə mobil telemetriyadan istifadə edə bilər.
Bunu etməklə fermer bütün metereoloji məlumatlarını bir internet portalda görə bilər. Və ya əgər fermer yaxınlıqdakı iki stansiyaya mütəmadi baş çəkə bilirsə, o halda yalnız uzaq olan iki stansiyada mobil telemetriyadan istifadə edə və kompüter proqramından istifadə etməklə məlumatlarını endirə bilər. Əgər bu metereoloji stansiyalar mobil şəbəkə xidmətinin olmadığı ərazilərdədirsə, o halda, fermer peyk telemetriyasından istifadə edə bilər.
Hər iki halda, fermer məlumatları mərkəzləşləşdirilmiş bir yerə yığa və təhlil edə bilər, daha yaxşı keyfiyyət və məhsuldarlıq üçün daha sağlam qərarlar verə bilər.
Məqalə "Sminagro" şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
6 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)





.jpg)







