Caspian European Club-un idarə heyətinin yeni tərkibdə ilk toplantısı keçirilib
Bakıda Caspian European Club-un idarə heyətinin yeni tərkibdə ilk toplantısı təşkil edilib.
İclasda Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini Telman Əliyev Caspian European Club-un yeni baş icraçı direktoru Mustafa Abbasbəylini təqdim edib.
İclasa sədrlik edən Mustafa Abbasbəyli öz növbəsində Caspian European Club-un idarə heyətinin yeni üzvlərini seçilmələri münasibətilə təbrik edib və onlara klubdakı gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İdarə heyətinə seçkilər noyabrın 15-də Caspian Energy Forum-un səhiyyəyə həsr olunmuş xüsusi sessiyasında (Caspian Energy Medical Forum) keçirilib. Səsvermə hüququna yalnız Caspian European Club-un üzvləri sahib olublar. 50-dən artıq səs toplamış hər bir namizəd Caspian European Club-un idarə heyətinin tərkibinə daxil olmaq imkanı əldə edib.
Toplantı zamanı Mustafa Abbasbəyli 2018-ci ilin sonuna kimi həyata keçirilməsi vacib olan prioritetlərdən, yeni layihələrdən və qarşıya qoyulmuş vəzifələrdən danışıb.
İclasda Caspian European Club-a daxil olmağın yenilənmiş şərtləri diqqətə çatdırılıb, komitədəki sahə klublarının təzə adları açıqlanıb, yeni komitə rəhbərləri təyin edilib, həmçinin klubun idarə heyətinin nizamnaməsi təsdiqlənib.
“İşçi komitə rəhbərlərinin sədrliyi ilə ayda iki dəfə dəyirmi masa formatında Klubun iclası keçiriləcək. Bu görüşlər çərçivəsində idarə heyətinin üzvləri sözügedən sahələrin şirkətlərinin üzləşdikləri problemlər və onların mümkün həlli yolları barədə danışacaqlar”, - deyə Caspian European Club-un baş icraçı direktoru məlumat verib.
“Bu il dekabrın 15-də Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Dursun Həsənovun iştirakı ilə birinci Azərbaycan-Gürcüstan biznes-forumu təşkil olunacaq. Eyni zamanda dekabrın 20-də ABŞ-ın Azərbaycan Respublilakasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Robert Sekutanın iştirakı ilə 9-cu CEO Lunch Baku keçiriləcək”, – deyə Mustafa Abbasbəyli əlavə edib.
Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regiounda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club və Caspian American Club-un Sədri Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə imkan yaradır. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
CASPIAN EUROPEAN CLUB-un tərkibinə daxil olan işçi komitələr
-INVESTMENT & CONSTRUCTION COMMITTEE - Aydın Rəhmanov
-ENERGY & INDUSTRY COMMITTEE - Nəriman Məmmədov
-TRANSPORT COMMITTEE - Rəşad Abbasov
-TOURISM COMMITTEE - Elşən Rəhimov
-ICT COMMITTEE - Cabir Cümşüdov
- AGROINDUSTRY COMMITTEE - İlqar Nuri
-BANKING & FINANCE COMMITTEE - Avni Dəmirçi
-INSURANCE COMMITTEE - Anar Bayramov
-MEDICAL COMMITTEE - Vüqar Eyvazov
-EDUCATION COMMITTEE - Səbinə Əliyeva
-LEGAL COMMITTEE – Samir Hacıyev
-SME (SMALL & MEDIUM ENTREPRENEURS) COMMITTEE – Elqar Bağırov
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
9 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)


.jpg)


