Azərbaycanda patent hüququ mövzusunda beynəlxalq seminar keçirilir
Noyabrın 28-də Bakı şəhərində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Patent və Əmtəə Nişanları Mərkəzi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə “Patent hüququ müqaviləsi və onun tətbiqi” mövzusunda 2 günlük regional seminar öz işinə başlayıb.
Seminarda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sədrinin müavini Niyazi Rəhimov Azərbaycanda qeyri-neft sənayesinin inkişafı istiqamətində dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlardan danışıb. Bildirib ki, yeni iqtisadi modelə keçidlə iqtisadiyyatımız innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etməkdədir. Niyazi Rəhimovun sözlərinə görə, elmi-texnoloji yeniliklər bütün sahələrdə əmək məhsuldarlığının və rəqabətqabiliyyətliliyin yüksəldilməsinə xidmət edir, məhsula əlavə dəyər verir. O bildirib ki, beynəlxalq təcrübədə sahibkarlar innovativ təşəbbüslərin meydana çıxmasında fəal iştirak edir. Bir çox hallarda, kiçik və orta sahibkarlığın təqdim etdiyi yeni məhsul və xidmətlər, ixtiralar sonrakı mərhələlərdə iri şirkətlər tərəfindən dəstəklənərək, sənaye miqyasında istehsala yol açır, böyük iqtisadi uğurla nəticələnir.
Əqli mülkiyyət hüquqularının qorunmasını təmin edən müasir qanunvericilik bazasının olduğunu deyən komitə sədrinin müavini dövlət tərəfindən innovativ iqtisadiyyatın dəstəklənməsi üçün görülən zəruri tədbirlərdən danışıb. Bildirib ki, ölkəmizin əqli mülkiyyət hüquqları sahəsində beynəlxalq təşkilatlarda iştirakı yerli sahibkarlarımıza daha çevik və faydalı xidmətlər göstərməyə imkan yaradır. “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına dair cənab Prezidentin Fərmanının icrası baxımından da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qurumları tərəfindən göstərilə biləcək xidmətlərin sayı artmaqdadır.
Cari ilin 10 fevral tarixində dövlət başçısı tərəfindən imzalanmış Fərmana əsasən keyfiyyət infrastrukturu və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilərək metrologiya, standartlaşdırma və akkreditasiya sahələrinə xidmət göstərəcək qurumlarla bərabər “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin təsis edildiyini deyən N.Rəhimov mərkəzin Azərbaycanda elmin, sənayenin, ümumilikdə iqtisadiyyatın inkişafında stimullaşdırıcı rolunun artacağına əminliyini ifadə edib.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Patent hüququ şöbəsinin müdiri Marko Aleman isə təmsil etdiyi təşkilat ilə komitənin əlaqələrindən danışıb. O bildirib ki, Azərbaycan ÜƏMT üçün faydalı və uğurlu tərəfdaşdır. ÜƏMT-nin əksər saziş və müqavilələrinə qoşulmaqla bu sahədə maraqlarını bəyan edən Azərbaycan əqli mülkiyyət hüquqlarının mühafizəsi sahəsində beynəlxalq tələblərə uyğun inkişafını təmin edir. Qonaq qeyd edib ki, təşkilatın Azərbaycanın əqli mülkiyyət hüquqlarının təminatı sisteminə dəstəyi bundan sonra da davam edəcək. O, “Patent hüququ” müqaviləsinin (PLT) ümumi icmalını iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra seminar beynəlxalq ekspertlərin ixtiraçılıq sahəsinin təşviqi, iddiaçılara daha çevik və asan xidmətlərin göstərilməsində “Patent hüququ” müqaviləsinin əhəmiyyəti, müqavilənin tələbləri, müvafiq prosedurları sadələşdirən müddəalar, ehtiyatsızlıqdan hüquqların itirilməsinin qarşısının alınmasına yönəlmiş “Patent hüququ” müqaviləsinin müddəaları ilə bağlı məruzələrlə davam etdirilib.
Seminarda komitə rəsmiləri, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatının nümayəndələri, Rusiya, Belarus, Qazaxıstan, Moldova, Qırğızıstanı təmsil edən mütəxəssislər ilə yanaşı, Azərbaycanın digər dövlət qurumlarının əməkdaşları və biznes qurumlarının təmsilçiləri iştirak edir.
Qeyd edək ki, seminar beynəlxalq ekspertlərin mövzu üzrə məruzələri noyabrın 29-da da davam etdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 2 d. əvvəl
-
5 d. əvvəl
Dövlət Neft Fondunun səhm gəlirləri 3 ayda 1 milyard dollardan çox artıb
- 18 d. əvvəl
-
25 d. əvvəl
Hyundai 569 min avtomobilini geri çağırdı: ABŞ araşdırmanı bağladı
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İstehlakçılar və tərəfdaşlar niyə “Bonaqua”ya üstünlük verir?
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın xaricdən avtomobil alışı 11 ayda 100 min ədədi keçib - 2 MİLYARD DOLLARLIQ İDXAL
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycanda elektron siqaretlər qadağan olunur
Pulu olan Türkiyədə mənzil alır - 11 AYDA 831 MƏNZİL
"Caucasus Auto"nun Bakıda yeni Baş ofisi açıldı
Rəsmi Moskva: Rusiya sövdələşməyə hazırdır
Ən çox oxunanlar
İstehlakçılar və tərəfdaşlar niyə “Bonaqua”ya üstünlük verir?
Neftin qiyməti 7 ay sonra ilk dəfə 60 dollardan aşağı düşdü
Azərbaycanın xaricdən avtomobil alışı 11 ayda 100 min ədədi keçib - 2 MİLYARD DOLLARLIQ İDXAL
Bank yeni “Neftçilər” filialını istifadəyə verdi
Dekabrın 17-də gözlənilən hava şəraiti


















.jpg)

