İpoteka açılmasa...- Bədbin proqnoz
“Bakı şəhərinin mərkəzi və mərkəzinə yaxın ərazilərdə tikilən layihələrdə dekabrın sonuna 1m² orta qiyməti 1837 AZN təşkil etmişdir”. "Marja" xəbər verir ki, bu haqda, dekabr ayında paytaxt daşınmaz əmlak bazarında aparılan araşdırmaya əsaslanaraq, “AS Group Investment” Şirkətlər qrupu nəzdində Strateji araşdırmalar mərkəzi məlumat verir.
4 layihədə qiymət enişi müşahidə olunub. Bu əsasən ipoteka proqramının dayandırılması ilə əlaqədardır. Xatırladaq ki, 2016-cı ildə Bakı şəhərində inşa edilən əksər layihələrdə Azərbaycan Beynəlxalq Bankının xətti ilə 20 illik ipoteka təklif olunurdu. Bunun məntiqi nəticəsi olaraq, 2016-cı ilin yanvar-noyabr aylarında daşınmaz əmlakın tikintisinə və alışına (ipoteka daxil) ayrılan vəsaitin həcmi 181 milyon AZN artaraq 1 milyard 695 milyon AZN təşkil etmişdir (Mərkəzi Bankın məlumatı).
“Renessans Palace” premium yaşayış kompleksi istisna olmaqla, digər layihələrdə mənzilin nağd satış qiyməti ilə ipoteka ilə satış qiyməti arasında 10-15% fərq var idi. Hal-hazırda ipotekanın dayandırılması səbəbi ilə, əksər layihələrdə mənzillər yalnız nağd satış qiyməti ilə təklif olunur ki, bu da layihədən asılı olaraq 1m² qiymətində 250 AZN-dək enişə səbəb olub.
Qiymət artımı isə əsasən tikintisi bitmək üzrə olan bəzi layihələrdə müşahidə olunur. Abadlaşdırmada istifadə olunan elementlər, pəncərələr, qapılar, fasad elementləri, lift, armatur, qazanxana və digər maya dəyərində böyük paya sahib olan xərclər birbaşa məzənnə dəyişikliyi ilə bağlıdır.
ABŞ dollarının manat qarşısında möhkəmlənməsi isə tikinti şirkətlərinin marjasını artıq minimuma endirib və onları iki seçim qarşısında qoyub: tikintinin keyfiyyətinə müdaxilə etmək və ya satış qiymətini qaldırmaq.
Məlumata görə, “Renessans Palace” premium-klass yaşayış kompleksində mənzillərin yarısından çoxu satılıb və bu il alıcılar təmirə buraxılacaq. Mənzillərin satışı zamanı müştərilər qarşısında təklif ediləcək xidmətlər, istifadə olunan tikinti materiallarının keyfiyyəti və istehsal ölkəsinə dair konkret öhdəliklər götürülüb.
Mərkəz bildirir ki, “Renessans Palace”-ın tikintisi həyata keçirən “AS Group Investment” Şirkətlər qrupu illərlə formalaşan imicini hər şeydən üstün tutur və yaxın müddətdə icrası başlayacaq layihələrin də insanların rəğbətini qazanmasına çalışır. 2017-ci ilin sentyabr-oktyabr ayları, “Renessans Palace”-ın kompleks şəklində təhvili yaxınlaşdığından, developer şirkət ikinci seçimi, yəni yerdə qalan mənzillər üçün qiymət artımı yolunu seçdi. Beləliklə, “Renessans Palace”-da yanvar ayından etibarən 1m² qiyməti 200 AZN bahalaşaraq ortalama 1900 AZN təşkil edir. “AS Group Investment”-dən bildirirlər ki, qiymət artımı satış planına əsasən həyata keçirilib. Mövcud satış planına əsasən, 2018-ci ildə 1m² qiyməti 2500 AZN təşkil edəcək. Qiymət artımına baxmayaraq, insanların “Renessans Palace”-a olan marağı çox yüksəkdir.
Ümumilikdə, mərkəzə yaxın yerləşən digər layihələrdə qiymət artımı 50-300 AZN təşkil edib.
Strateji araşdırmalar mərkəzinin proqnozuna əsasən, kəskin rəqabətə baxmayaraq, keyfiyyəti və etibarlı developer imicini üstün tutan tikinti şirkətləri bundan sonra da qiyməti artırmağa meylli olacaq. ABŞ dollarının manat qarşısında möhkəmlənməsi tikinti şirkətlərinin xərclərini artırır. Digər tərəfdən dolların daha sərfəli investisiya alətinə çevrilməsi daşınmaz əmlak bazarına maliyyə axınını məhdudlaşdırır. Rusiyadan Azərbaycana valyuta axınında kəskin eniş də tələbə ciddi şəkildə təsir edir. İpoteka proqramının dayandırılması isə daşınmaz əmlak bazarında satışları daha da azaldacaq. Bu satış məhsulu ümumi satışlarda əhəmiyyətli xüsusi çəkiyə malik olması “Renessans Palace” premium-klass yaşayış kompleksində daha aydın şəkildə görsənir. Burada bu günədək satılan mənzillərin 23% ipoteka məhsulu ilə satılıb. Halbuki, “Renessans Palace” premium yaşayış kompleksi olduğundan, burada ənənəvi olaraq ipoteka məhsulu ilə satışın xüsusi çəkisi aşağıdır. Komfort və ekonom-klass layihələrdə ipoteka ilə satılan mənzillərin xüsusi çəkisi daha yüksəkdir. İpotekanın dayandırılması, bu layihələrə xüsusilə ağır zərbə vuracaq.
İPOTEKA AÇILMASA...
Belə bir vəziyyətdə tikinti şirkətlərinin müştəri uğrunda apardığı mübarizə daha da kəskinləşəcək. İpoteka xətti açılmasa, tikinti şirkətlərində satışın həcmi kəskin azalacaq. Bu isə öz növbəsində xüsusilə tikintisi yeni başlayan layihələrə təsir edəcək. Bu tip layihələrin vaxtında sona çatdırılması və ya ümumiyyətlə sona çatdırılıb-çatdırılmaması böyük sual altında olacaq. Strateji araşdırmalar mərkəzi müştərilərə, mənzil alan zaman xüsusilə indiki zamanda tikinti şirkətini, tikintinin gedişatını, istifadə olunan materialları və təklif edilən xidmətləri dərindən araşdırmağı tövsiyə edir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik 9% və 10% gəlir - "ABB İnvest" ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
“İran razılaşmasa, daha yüksək səviyyədə və intensivlikdə bombardman başlayacaq”
-
1 saat əvvəl
"Highland Residence"də hazır binada təhvilinə az qalmış mənzillərin satışı başladı!
-
2 saat əvvəl
Bakı Fond Birjası (BFB) tərəfindən yenilənmiş Listinq Qaydaları qüvvəyə minib
-
2 saat əvvəl
BOKT “KREDEX” QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"
Ən çox oxunanlar
"Highland Residence"də hazır binada təhvilinə az qalmış mənzillərin satışı başladı!
BOKT “KREDEX” QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı
Dövlət Vergi Xidməti: 4 ayda 6 milyard manatdan çox vergi yığmışıq






.jpg)






.jpg)












