Cahangir Hacıyev türmədə nizam-intizama əməl etmir
Ədliyyə Nazirliyi Penitensiar xidmət “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Cahangir Hacıyevin cərimə təcridxanasına salınmasının səbəblərini açıqlayıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında bildirib ki, qanunvericiliyə uyğun olaraq hər bir məhkuma telefon danışıqları təqdim olunur:
“Cahangir Hacıyev başqa bir məhkumla əlbir olaraq, həmin məhkum telefonla danışdığı anda telefon danışıq otağına daxil olub və həmin məhkum dəstəyi Cahangir Hacıyevə verib. Bununla da daxili nizam-intizam qaydalarını pozub. Qanunvericiliyə əsasən telefon danışığına nəzarət edən əməkdaş telefon danışıqlarının dayandırılması barədə qərar qəbul edib. Bununla əlaqədar məhkum Hacıyev həmin əməkdaşa qarşı kobudluq edib. İntizama dəvət olunmasına baxmayaraq mövcud rejim qaydalarına riayət etməkdən imtina edib. O buna qədər də bir neçə dəfə daxili intizam qaydalarının pozulmasına yol verib. Lakin onunla aparılan profilaktik söhbətlər müsbət nəticə vermədiyinə görə cərimə təcridxanasına keçirilib ”.
M. Sadıqov bildirib ki, onun barəsində olan tənbeh müddəti bitdiyi üçün artıq cərimə təcridxanasından çıxarılıb.
Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.
Cahangir Hacıyev məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
13 d. əvvəl
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
- 33 d. əvvəl
-
41 d. əvvəl
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
-
1 saat əvvəl
"MJ Financial Services" BOKT-ın nizamnamə kapitalı 16 dəfə artırılır
-
1 saat əvvəl
Boliviyada iqtisadi fövqəladə vəziyyət - sosialist iqtisadi siyasətdən uzaqlaşır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
Bakı Limanında konteyner aşırılması 100 mini keçdi
Ən çox oxunanlar
Bu il "Şahdağ Turizm Mərkəzi"ni 300 min turist ziyarət edib
Dekabrın 19-da gözlənilən hava şəraiti
Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
Dənizdə külək enerjisilə bağlı hesabat təqdim olunub
“Bonaqua” Azərbaycanda milli tərəfdaşlıq layihələrini genişləndirir
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə














.jpg)




