970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AmCham Azərbaycan 2026–2028-ci illər üzrə İdarə Heyətinin Birinci Vitse-Prezidenti və Vitse-Prezidentini seçib

Oskar Boqopolskiy "AmCham Azərbaycan"ın birinci vitse-prezidenti, Niyazi Əmirbəyov isə vitse-prezidenti seçilib
AzVak-mobil_resmin_ustu_31
AmCham Azərbaycan 2026–2028-ci illər üzrə İdarə Heyətinin Birinci Vitse-Prezidenti və Vitse-Prezidentini seçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) 2026–2028-ci illər üzrə İdarə Heyətinin Birinci Vitse-Prezidenti və Vitse-Prezidentinin seçildiyini məmnunluqla elan edir.

Müvafiq olaraq, cənab Oskar Boqopolskiy AmCham Azərbaycanın birinci vitse-prezidenti, cənab Niyazi Əmirbəyov isə Palatanın vitse-prezidenti vəzifələrinə seçilib.

Oskar Boqopolskiy hazırda "McDonald's Azərbaycan" şirkətinin baş icraçı direktorudur (CEO). O, 2014-cü ildən etibarən həmin şirkətdə müxtəlif rəhbər vəzifələrdə çalışaraq maliyyə meneceri, baş maliyyə direktoru (CFO), daha sonra isə baş icraçı direktor vəzifəsinə yüksəlmişdir. Onun rəhbərliyi dövründə şirkət dayanıqlı inkişaf və əməliyyat səmərəliliyi istiqamətində mühüm nəticələr əldə edib. Son iki il ərzində AmCham Azərbaycanın İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərən Oskar Boqopolskiy Palatanın strateji təşəbbüslərinin həyata keçirilməsinə, biznes ictimaiyyəti ilə dövlət arasında əməkdaşlığın gücləndirilməsinə və ölkədə biznes mühitinin inkişafına fəal töhfə verib.

Niyazi Əmirbəyov Azərbaycanın ən böyük şaquli inteqrasiya olunmuş aqrar-ərzaq şirkəti olan AgroDairy-nin baş icraçı direktorudur (CEO). Aqrar-ərzaq və enerji sektorlarında 20 ildən artıq rəhbərlik təcrübəsinə malik olan Niyazi Əmirbəyov strateji inkişaf, institusional transformasiya, korporativ idarəetmə və əməliyyat effektivliyi sahələrində zəngin təcrübəyə sahibdir. O, eyni zamanda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İctimai Şurasının üzvü və ADA Universitetində liderlik üzrə dəvətli müəllimdir. Bundan əvvəl bp şirkətində Azərbaycan, Gürcüstan və Türkiyə üzrə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

Yeni rəhbər vəzifələrində cənab Boqopolskiy və cənab Əmirbəyov Palatanın strateji prioritetlərinin həyata keçirilməsi, üzv şirkətlərlə əməkdaşlığın daha da gücləndirilməsi, dövlət və özəl sektor arasında konstruktiv dialoqun inkişaf etdirilməsi, eləcə də Azərbaycanda şəffaf, rəqabətqabiliyyətli və dayanıqlı biznes mühitinin təşviqinə yönəlmiş missiyasının icrasına töhfə vermək məqsədilə Prezident və İdarə Heyəti ilə sıx əməkdaşlıq edəcəklər.

AmCham Azərbaycan cənab Oskar Boqopolskiyi və cənab Niyazi Əmirbəyovu yeni vəzifələrə təyin olunmaları münasibətilə səmimi qəlbdən təbrik edir, onlara yeni vəzifələrində uğurlar və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayır. Palata onların peşəkar təcrübəsinin, liderlik keyfiyyətlərinin və strateji baxışının AmCham Azərbaycanın institusional inkişafına, üzvləri üçün yaratdığı dəyərin daha da artırılmasına və ölkənin biznes mühitinin inkişafına mühüm töhfə verəcəyinə inanır.

AmCham Azərbaycan haqqında

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azerbaijan) ölkənin aparıcı biznes assosiasiyası olaraq iqtisadiyyatın bütün sektorlarını təmsil edən 280-dən çox üzv şirkət və təşkilatı bir araya gətirir. Palata biznes mühitinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər, konstruktiv dialoq və strateji əməkdaşlıq vasitəsilə biznes ictimaiyyəti, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında etibarlı platforma rolunu oynayaraq Azərbaycanın davamlı iqtisadi inkişafına və əlverişli investisiya mühitinin formalaşmasına töhfə verir.

AmCham Azərbaycan Amerika Ticarət Palatası AmCham İdarə Heyəti AmCham 2026-2028 AmCham birinci vitse-prezident AmCham vitse-prezident Oskar Boqopolskiy Niyazi Əmirbəyov McDonald’s Azərbaycan AgroDairy biznes assosiasiyası Azərbaycanda biznes mühiti dövlət-özəl sektor dialoqu korporativ idarəetmə strateji inkişaf dayanıqlı biznes mühiti investisiya mühiti biznes ictimaiyyəti AmCham üzv şirkətləri Azərbaycanda Amerika şirkətləri biznes əməkdaşlığı iqtisadi inkişaf şəffaf biznes mühiti rəqabətqabiliyyətli biznes institusional inkişaf aqrar-ərzaq sektoru McDonald’s CEO AgroDairy CEO AmCham rəhbərliyi AmCham seçkiləri
02.07.2026 07:13
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19