Mərkəzi Bankdan Manatla bağlı yeni açıqlama
"Manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbəti əsasında formalaşır və manatın məzənnəsinin mövcud sabitliyi bazarın tarazlı olduğunu göstərir".
"Marja" xəbər verir ki, bu barədə Mərkəzi Bank, "Dünya birjalarında neftin sürətlə bahalaşması manatı kəskin möhkəmləndirə bilərmi?", "Möhkəmləndirərsə, USD/AZN məzənnəsi hansı dəhlizədək irəliləyə bilər?" suallarına cavabında bildirib.
Mərkəzi Bank qeyd edib:
"Tələb və təklif arasındakı nisbətə tədiyə balansının vəziyyəti təsir göstərir. Təbii ki, dünya bazarında neftin qiymətlərinin artmasının Azərbaycanın tədiyyə balansına birbaşa və dolayı müsbət təsirləri vardır. Bu təsirlər müxtəlif dövrlərdə əsasən orta və uzunmüddətli dövrdə özünü büruzə verir. Lakin neft qiymətləri tədiyə balansına və beləliklə valyuta bazarına təsir edən yeganə amil deyil. İndiyədək olduğu kimi bundan sonra da manatın məzənnəsinin dinamikası valyuta bazarına təsir göstərən bütün amillərin kompleks təsiri ilə formalaşacaqdır".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
7 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 10 saat əvvəl
-
10 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















