Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
TotalEnergies və Masdar Asiyada, o cümlədən Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı üçün 2,2 milyard ABŞ dolları dəyərində birgə müəssisə yaradıb.
Bu barədə Masdar şirkətindən bildirilib.
Məlumata görə, tərəflər Asiyanın doqquz ölkəsində – Azərbaycan, İndoneziya, Yaponiya, Qazaxıstan, Malayziya, Filippin, Sinqapur, Cənubi Koreya və Özbəkistanda quruda yerləşən bərpa olunan enerji fəaliyyətlərini birləşdirmək barədə saziş imzalayıblar.
Yeni platforma günəş, külək və enerji saxlama layihələrinin hazırlanması, tikintisi, sahibliyi və istismarı üzrə əsas mexanizm olacaq.
Birgə müəssisənin portfelinə 3 QVt həcmində istismar olunan aktivlər və 2030-cu ilə qədər istifadəyə verilməsi gözlənilən 6 QVt-lıq layihələr daxildir. Hər iki tərəf müqayisə edilə bilən dəyərdə aktivlər təqdim edəcək.
Masdarın sədri, BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əl Caber bildirib ki, Asiya bu onillikdə qlobal elektrik tələbatının əsas artım mənbəyi olacaq və tərəfdaşlıq regionda yeni imkanlar açacaq.
TotalEnergies-in baş icraçı direktoru Patrik Puyaanə isə qeyd edib ki, bu əməkdaşlıq şirkətlərə region bazarlarında daha güclü mövqe tutmağa və daha çox dəyər yaratmağa imkan verəcək.
Qeyd edək ki, birgə müəssisənin baş qərargahı Əbu-Dabidə yerləşəcək və burada hər iki şirkətdən təxminən 200 əməkdaş çalışacaq. Layihənin reallaşması tənzimləyici qurumların təsdiqindən sonra mümkün olacaq.
Bu təşəbbüs Azərbaycanın da daxil olduğu regionda bərpa olunan enerji layihələrinin genişlənməsi və artan elektrik tələbatının qarşılanması baxımından əhəmiyyətli hesab olunur.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
8 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 8 saat əvvəl
-
9 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
9 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
















.jpg)








