Neft qiymətlərində böyük sıçrayış
Neft qiymətləri 2015-ci ilin İyul ayından bu yana ən yüksək səviyyəsinə çıxıb.
Ötən şənbə günü, Azərbaycan daxil 11 qeyri-OPEC ölkəsi neft hasilatlarını 558 min barel azaltmaq üzrə razılaşmışdır. Bundan əvvəl OPEC ölkələri hasilatı azaltmaq barədə razılşamışdılar. Səudiyyə Ərəbistanı razılaşılan tarixdən əvvəl istehsalı azaltmağa hazır olduğunu açıqlayıb.
"Marja" xəbər verir ki, bu gecə Brent nefti Londonda ICE Futures Europe birjasında 3.56 dollar yüksələrək bareli 57.89 dolları, Qərb Teksas nefti (WTI) isə Nymex birjasında 3.01 dollar yüksələrək bareli 54.51 dolları görüb. Bakı vaxtı ilə saat 07:00-a olan məlumata görə, Brent nefti 56,64 dollrdan, Teksas nefti isə 54 dollardan alıcı tapıb.
Neft, OPEC-in 30 Noyabrda son səkkiz ildə ilk dəfə istehsalı azaltmaq barədə razılaşmasından bu yana təxminən 20% bahalaşıb.
OPEC-in 2014-cü ildə "istədiyin qədər hasil et" qərarına liderlik edən Səudiyyə Ərəbistanı, neft bazarına nəzarəti təkrar ələ keçərmək istəyirdi. OPEC və OPEC-ə daxil olmayan ölkələrin istehsalı azaltmaq planı dünya neftinin 60%-ni çıxaran ölkələri əhatə edir. Plana ABŞ, Çin, Kanada, Norveç və Braziliya kimi əhəmiyyətli istehsalçılar qoşulmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















