Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası ərəfəsində energetika naziri Pərviz Şahbazov Moldovanın energetika naziri Dorin Junqetu və “TAP AG” şirkətinin idarəedici direktoru Luka Skiepatti  ilə görüşlər keçirib.

Moldovanın energetika naziri Dorin Junqetu ilə görüşdə təbii qaza gözlənilən tələbat və qaz layihələrinin inkişafını dəstəkləyən praqmatik siyasətin vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb. Moldovanın qaz bazarının liberallaşdırılması, həmçinin külək elektrik stansiyaları və enerji saxlama obyektləri üçün tenderin keçirilməsi çərçivəsində əməkdaşlıq imkanları dəyərləndirilib.

Reklam_3_11

“TAP AG” şirkətinin idarəedici direktoru Luka Skiepatti ilə görüşdə Avropa və Balkanların enerji şəbəkələrinə inteqrasiya olunmuş strateji infrastruktur layihəsi olan  TAP-ın etibarlı enerji təchizatında mühüm rolu qeyd olunub. 2026-cı ilin əvvəlində TAP-ın genişləndirməsinin birinci mərhələsinin tamamlanması çərçivəsində boru kəmərinin ötürücülük gücünün əlavə olaraq 1,2 milyard artırılması yüksək qiymətləndirilib. Bildirilib ki, hazırda təbii qaz bazarının inkişafı və tələbatdakı dəyişikliklər dəyərləndirilir, eləcə də növbəti genişlənmə üçün bazar testinin məcburi mərhələsinin gələn ilin birinci rübündə başlanması planlaşdırılır.

Qeyd edək ki, indiyə qədər TAP vasitəsilə Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql olunub.

02.03.2026 15:14

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18