Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) “Azercell Telekom” MMC-nin “TikTok” platformasındakı rəsmi səhifəsi təsdiqlənmiş (verified) hesab statusu qazanıb. Bununla da Azercell yerli telekommunikasiya bazarında bu nişana layiq görülən ilk mobil operator olub.

Reklam_3_11

Platforma tərəfindən təqdim olunan rəsmi təsdiq nişanı yalnız aktiv, etibarlı və orijinal məzmun paylaşan, həmçinin “TikTok”un Xidmət Qaydaları və Cəmiyyət Təlimatlarına tam əməl edən səhifələrə verilir. Azercell-in hesabı bütün verifikasiya meyarlarına uyğunluq nümayiş etdirərək bu statusu əldə edib.

2020-ci ildə yaradılan səhifə qısa müddət ərzində geniş auditoriyanın diqqətini cəlb edərək brendin rəqəmsal məkan­dakı mövqeyini gücləndirib. Hazırda 200 mindən çox izləyicisi olan səhifə, izləyici sayına görə yerli telekom bazarında liderliyini qoruyur və auditoriyası dinamik şəkildə artmaqda davam edir.

Azercell-in rəsmi sosial media platformaları istifadəçilərə 24/7 rejimində təqdim olunan xidmətlər, yeni tarif və kampaniyalar, sosial təşəbbüslər və digər yeniliklər barədə operativ məlumat almaq imkanı yaradır. Eyni zamanda, müştərilər şirkətlə birbaşa əlaqə saxlayaraq müraciətlərinə qısa müddətdə cavab əldə edə bilirlər. Bu yanaşma Azercell-in açıq və əlçatan kommunikasiya modelinin tərkib hissəsidir.

Qeyd edək ki, Azərbaycanda mobil operatorlar arasında ilk dəfə məhz “Azercell Telekom” MMC 2008-ci ildə “Facebook”, 2009-cu ildə “Twitter”, 2012-ci ildə isə “Instagram” platformalarında rəsmi səhifələrini yaradıb. Bu gün də şirkət sosial mediada aktiv və innovativ iştirakını davam etdirir.

 

27.02.2026 14:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18