Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
Kampaniya çərçivəsində əmək haqqı kartları tamamilə ödənişsiz təqdim olunur.(®) Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün yeni və daha sərfəli imkanlar təqdim edir.
Bank tərəfindən təqdim olunan əmək haqqı kartı layihəsi üzrə güzəşt kampaniyası çərçivəsində hüquqi şəxslər və fərdi sahibkarlar xərclərini azaltmaqla yanaşı, rahat və etibarlı bank xidmətlərindən yararlana biləcəklər.
Kampaniya çərçivəsində əmək haqqı kartları tamamilə ödənişsiz təqdim olunur. Bununla yanaşı, əmək haqqı layihəsi üzrə hüquqi şəxslər və fərdi sahibkarlardan tutulacaq komissiyalar da pulsuzdur. Qeyd olunan üstünlük Ziraat Bank Azərbaycanın bankomat şəbəkəsini əhatə edən layihələrə tətbiq olunur və kampaniya müddətində qoşulan müştərilərin ilk 3 ay ərzində həyata keçirdiyi köçürmələri əhatə edir.
Kampaniya 31 mart 2026-cı il tarixinədək qüvvədə olacaq.
Ziraat Bank Azərbaycan biznes müştərilərini bu fürsətdən yararlanmağa və əmək haqqı layihələrini daha sərfəli şərtlərlə həyata keçirməyə dəvət edir.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
- 24 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb






















