“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
02 mart 2026-cı il tarixindən etibarən milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı xidməti "Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank” həyata keçirəcəkdirHazırda Mərkəzi Bank tərəfindən milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı, habelə Mərkəzi Bankın "Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi" vasitəsi ilə satın alınmış pul nişanlarının təhvil verilməsi Mərkəzi Bankın ərazi idarələrində (Yevlax Ehtiyat Mərkəzi, Biləsuvar Regional Mərkəzi və Naxçıvan Muxtar Respublikası İdarəsi), eləcə də Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən “Nağd pul ofisi”ndə həyata keçirilir.
Əhalinin bu xidmətə əlçatanlığının artırılması, həmçinin vətəndaşlara daha operativ xidmət göstərilməsinin təmin edilməsi məqsədilə milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı xidmət 02 mart 2026-cı il tarixindən etibarən operator bankların (“Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC) ölkə ərazisində fəaliyyət göstərən filial və şöbələri tərəfindən ödənişsiz əsasda həyata keçiriləcəkdir.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
Həmin tarixdən Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən “Nağd pul ofisi”nin fəaliyyəti dayandırılacaqdır.
Yubiley və xatirə pul nişanlarının satışı, habelə Mərkəzi Bankın "Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi" vasitəsi ilə satın alınmış pul nişanlarının təhvil verilməsi isə qeyd olunan tarixdən etibarən Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 12:00-dək həyata keçiriləcəkdi
Bununla yanaşı, investisiya pul nişanlarının satışı və geri alışının hazırda olduğu kimi satış agentləri – “Bank of Baku” ASC və “TuranBank” ASC tərəfindən həyata keçirilməsi davam edəcəkdir.
Məlumat üçün bildiririk ki, Mərkəzi Bankın “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na (https://e-qanun.az/framework/45796) uyğun olaraq milli pul nişanlarının dəyişdirilməsi məqsədilə Mərkəzi Bankın ərazi idarələrinə, eləcə də ölkə ərazisində fəaliyyət göstərən banklara, xarici bankların yerli filiallarına, habelə poçt rabitəsinin milli operatoruna da müraciət oluna bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 6 d. əvvəl
- 19 d. əvvəl
-
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib




























