Azərbaycan şirkətlərinin iştirakı ilə Avropa ölkəsində 500 meqavatlıq elektrik enerjisi stansiyası tikiləcək
"Ən mühüm mövzulardan biri də o faktla bağlıdır ki, qarşımızda elektrik enerjisi dövrü başlayıb. Mən Prezident Əliyevdən xahiş etdim ki, bu layihədə bizə yardım göstərmək üçün şəxsən iştirak etsin. Belə olarsa, biz işləri daha sürətlə bitirə bilərik. Burada insanlar düşünə bilər ki, elektrik enerjisi hələ 20 il əvvəl də var idi. Amma həmin vaxtlar siz qablarda yanacaq alırdınız. O zaman 6 saat ərzində elektrik enerjisi verilirdi, sonrakı 6 saatda enerji məhdudiyyətlərlə verilirdi. Bugünkü vəziyyətə gəldikdə, ölkəmizdə heç zaman olmadığı nizam-intizam yaranıb. Lakin eyni vəziyyət sabah olmaya da bilər. Elektrik enerjisi dövrü başlayır və bizə elektrik enerjisinin çox sayda mənbələri lazımdır. Daha çox elektrik enerjisi istehsal etməliyik. Azərbaycanın giqavatlarla ölçülən elektrik enerjisi olacaq. Lakin məsələ belədir ki, onun idxalı üçün lazımi ötürücü xətlər olacaqmı?! Biz Azərbaycan tərəfi ilə mühüm məsələlər üzərində razılığa gəldik. Bu gün Serbiyanın qaz şirkəti və SOCAR bu mövzuda söhbət aparıblar və əməkdaşlıq sazişi imzalanıb. Çalışacağıq hər bir məsələni iki və ya üç ay ərzində həll edək ki, dərhal sonra layihə sənədləri hazırlansın və tikinti başlanılsın. Tikinti iki ildən artıq çəkəcək".
Marja xəbər verkir ki, bunu Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlar zamanı çıxışında bildirib.
Prezident "İnanırıq ki, biz 2029-cu ilə qədər qazla işləyən elektrik enerjisi stansiyasını açacağıq", deyərək çıxışına belə davam edib:
"Niş şəhərinin ətrafında üç yer seçilib. Söhbət təmiz enerjidən gedir. Avropa İttifaqı da bunu etiraf edir. Bir sözlə, tikintinin ya Tripale, Kruşti, ya da Nişka Banyada aparılması gözlənilir. Lakin düşünürəm ki, Kruşti ən münasibdir. Stansiyanın 500 meqavatlıq enerji istehsalı gücü olacaq. Prezident Əliyev mənə söz verdi ki, şəxsən həmin məsələ ilə məşğul olacaq. Bəlkə inanmayacaqsınız, lakin ikiillik müddətdə onlar 1890 meqavatlıq ümumi enerji istehsalı gücünü yarada biliblər.
Bəlkə də Azərbaycan xalqı bunu bilmir, həmin güclər mümkün qədər qısa müddətdə yaradılıb. Azərbaycan şirkətləri burada nəzarət işlərini həyata keçirəcək. Serbiya şirkətləri işlərə qoşulacaq. Hər iki tərəf 50 faizlə işləyəcək. Qazla işləyən 500 meqavatlıq elektrik enerjisi stansiyası tikiləcək. Bu, yaxşı nümunə olacaq. Gələcəkdə biz daha çox qazla işləyən elektrik enerjisi stansiyalarını tikməliyik. Kiçik modul tipli reaktorlar quraşdırılacaqdır. Məlumat mərkəzləri olacaq və digər məsələlər həll ediləcək. Mən amerikalılarla müzakirəyə başlamışam və əgər onlar Monteneqronun Bar limanından başlayaraq, neft və qaz kəmərlərini çəksələr, məlumat mərkəzlərini tiksələr, Priyepoledən Zlatibor dağlarından keçərək Belqrada qədər bu işləri icra etsələr, yaxşı olar. Məlumat mərkəzləri yaradılmalıdır. Süni intellektin imkanlarından istifadə etməsək, biz bir ölkə olaraq geridə qalacağıq. İlon Mask deyir ki, iki aydan sonra hər şey kəskin dəyişəcək. Sadəcə insanlar bunu hələ görmür və bilmir. Bu səbəbdən, işlər sürətləndirilməlidir və biz azərbaycanlı dostlarımıza dəstəyə görə minnətdarıq".
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
35 d. əvvəl
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
-
-
46 d. əvvəl
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
-
51 d. əvvəl
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
3 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Qlobal elektromobil satışı yanvarda azalıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı
"Əminəm ki, biz Azərbaycana çox məhsullar təqdim edə bilərik"
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb

























