Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Buckswood School Baku” fəaliyyətə başladı - FOTO/VİDEO

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Buckswood School Baku” fəaliyyətə başladı - FOTO/VİDEO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Britaniya təhsil brendi “Buckswood School” Azərbaycanda rəsmi fəaliyyətə başladı

Təməli 1933-cü ildə Böyük Britaniyada qoyulan “Buckswood School”un Bakı filialının bu gün açılışı olub. Qeyd edək ki, “Buckswood School Baku” Azərbaycanda birbaşa Böyük Britaniya tərəfindən təsis edilən və akkreditasiyadan keçmiş ilk beynəlxalq məktəbdir. Məktəbin açılışı Britaniyadakı əsas mərkəzin rəhbərliyi tərəfindən həyata keçirilib.

Açılış mərasimində Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld, Gürcüstan və Yunanıstan səfirliklərinin nümayəndələri, həmçinin Buckswood School-un Böyük Britaniyadakı əsas kampusunun rəhbəri Kevin Samson, British Council və British Chamber of Commerce təşkilatlarının təmsilçiləri iştirak ediblər.Tədbirdə beynəlxalq diplomatik və təhsil qurumlarının iştirakı məktəbin qlobal əhəmiyyətini və nüfuzunu nümayiş etdirib.

Böyük Britaniyanın beynəlxalq səviyyədə tanınan təhsil brendi Buckswood School tərəfindən təsis edilən Buckswood School Baku Böyük Britaniyada formalaşmış akademik yanaşma və beynəlxalq təhsil standartları əsasında yaradılıb.

“Buckswood School Baku”-da təhsil Britaniya Milli Təhsil Sistemi (British Curriculum) üzrə qurulub və iPrimary, iLower Secondary, IGCSE və A-Level proqramlarını əhatə edir. Tədrisin keyfiyyətini təmin etmək məqsədilə siniflər maksimum 5 şagirdlik tərkibdə formalaşdırılıb ki, bu da hər bir şagirdə fərdi yanaşma və daha səmərəli akademik inkişaf imkanı yaradır. Məktəb şagirdlər üçün akademik biliklərlə yanaşı texnoloji bacarıqlar, yaradıcılıq və fiziki inkişafı birləşdirən balanslı təhsil modeli təqdim edir.

Məktəbin beynəlxalq proqramları çərçivəsində şagirdlər tədris dövrü ərzində İngiltərəyə səfər edərək Buckswood School UK-də mübadilə proqramında iştirak edirlər. Proqram zamanı şagirdlər Britaniya təhsil sisteminə uyğun imtahanlarda iştirak edir, tədris prosesinin praktiki tətbiqi ilə yaxından tanış olurlar. Onlar İngiltərədə dərslərə qatılaraq həm akademik, həm də mədəni təcrübə qazanırlar. Sözügedən səfərin yol və yaşayış xərcləri şagirdlərin illik təhsil ödənişinə daxildir.

“Buckswood School Baku” geniş və tam təhlükəsiz kampusa malikdir. Kampusda böyük futbol meydançası, daxili idman zalı, geniş kitabxana, müasir texniki avadanlıqlarla təchiz olunmuş kompüter otaqları, elmi və praktik laboratoriyalar, rahat yeməkxana və şagirdlər üçün yataqxana fəaliyyət göstərir. Qeyd edək ki, “Buckswood School Baku” Bakıda Britaniya yatılı təhsil modeli əsasında fəaliyyət göstərən ilk  və yeganə beynəlxalq məktəbdir.

Məktəbi bitirən şagirdlər Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən bir çox nüfuzlu universitetlərə, o cümlədən ingilis dili üzrə bakalavr proqramlarına əlavə qəbul imtahanları olmadan müraciət etmək imkanı əldə edirlər.

1933-cü ildən etibarən Böyük Britaniyada formalaşan Buckswood School bu gün müxtəlif ölkələrdə fəaliyyət göstərən nüfuzlu beynəlxalq təhsil şəbəkəsi kimi tanınır. Bakı filialının açılması ilə bu təhsil modeli ilk dəfə olaraq Azərbaycanda tətbiq olunur və ölkədə beynəlxalq standartlara əsaslanan Britaniya təhsilinin inkişafına yeni imkanlar yaradır.

Buckswood School Baku Buckswood School Azərbaycan Britaniya məktəbi Bakı British Curriculum Azərbaycan beynəlxalq məktəb Bakı Buckswood School açılışı Britaniya təhsil sistemi Azərbaycan IGCSE proqramı A-Level proqramı iPrimary təhsil iLower Secondary təhsil Britaniya akkreditasiyalı məktəb Buckswood School UK mübadilə proqramı xaricdə təhsil imkanları Britaniya yatılı məktəb Bakı beynəlxalq təhsil standartları elit məktəb Azərbaycan Britaniya təhsil brendi Buckswood School kampusu Bakı beynəlxalq məktəblər ingilis dili təhsili Azərbaycan xarici universitetlərə qəbul imkanları Britaniya təhsil modeli beynəlxalq məktəb proqramları Azərbaycanda Britaniya təhsili
11.02.2026 13:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18