Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
Mərkəzi Bank "Statistik bülleten Dekabr - 2025" buraxılışını dərc edib.
Bank sektoru
Bülletendə bildirilir ki, 31 dekabr 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, ATM-lərin sayı 3,486 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 1.4% və ya 369 nəfər artaraq 27,389 nəfər (ilin əvvəlindən 8% və ya 2,026 nəfər) təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 57,086.2 mln. manat, cəmi öhdəlikləri 49,743.7 mln. manat, balans kapitalı 7,342.5 mln. manat olmuşdur. 2025-ci il ərzində bankların cəmi aktivləri 7.7%, cəmi öhdəlikləri 7.2%, balans kapitalı 11% artmışdır.
Hesabat ayında bankların kredit portfeli 1.3% və ya 377.5 mln. manat artaraq 30,063 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.6% (16,106.3 mln. manat); ıı) istehlak kreditləri – 31.1% (9,354.2 mln. manat) və ııı) ipoteka kreditləri – 15.3% (4,602.5 mln. manat). Ümumilikdə, 2025-ci il ərzində bankların kredit portfeli 9.4% və ya 2,585.4 mln. manat (o cümlədən, biznes kreditləri 1,319.1 mln. manat, istehlak kreditləri 909,3 mln. manat, ipoteka kreditləri 357 mln. manat) artmışdır.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 76.8%-i və ya 38,221.9 mln. manat. Depozit portfelinin 57.3%-i (21,898.4 mln. manat) hüquqi şəxslərin, 42.7%-i (16,323.5 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 68.5%-i (11,183.5 mln. manat) milli valyutada, 31.5%-i (5,140 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.2%-i (10,316 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri dekabr ayında 3.5% və ya 352.1 mln. manat, tələbli əmanətləri isə 2.1% və ya 123.7 mln. manat artmışdır.
2025-ci ilin dekabr ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1.7% (3,206 əmanətçi), ilin əvvəlindən isə 29% (43,615 əmanətçi) artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 16,582 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.7%-ni təşkil etmişdir.
2025-ci il ərzində banklar 1,161.6 mln. manat xalis mənfəət, 1,862 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin yanvar – dekabr aylarında banklar tərəfindən ümumilikdə 316.8 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin dekabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 10.2% artaraq 40,393.7 mln. manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 676.3 mln. manat artaraq 3,261.8 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır. Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 145 min ədəd artaraq 21 milyon 980 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10.5% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 12.8% artmış, kredit kartlarının sayı isə 8% azalmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, dekabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 19% artmışdır. 2025-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 10,097 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 8,833 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,260 mln. manatı POS-terminallar, 3 mln. manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.6%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8.1%, POS-terminalların sayı 54.1% artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
3 d. əvvəl
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
- 47 d. əvvəl
-
1 saat əvvəl
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
-
2 saat əvvəl
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 29-da gözlənilən hava şəraiti
Yağış yağacaq
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
Ən çox oxunanlar
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
"Bu il daha 4 yolun tikintisinə başlanılacaq"
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Azərbaycan neftinin son qiyməti

















