Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan sərfəli aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Aqrar Sığorta Fondu tərəfindən Şəmkir və Samux rayonlarında növbəti sığorta ödənişləri həyata keçirilib.

Sığorta ödənişləri bu rayonlarda becərilən arpa və şaftalı sahələri üzrə edilib.

Reklam_3_11

Samux rayonunun Füzuli kəndindən olan fermer Asif Qurbanova arpa sahələrinə dəymiş zərərə görə sığorta ödənişi edilib. A. Qurbanov 2025-ci ildə 44 hektar arpa sahəsini çoxsaylı risklərdən sığortalayıb. Fermer bunun üçün ümumilikdə 557 manat sığorta haqqı ödəyib.

Bu ilin may ayında əkin sahəsində vəhşi heyvanların hücumu hadisəsi baş verib. Ceyran sürüsü əkin sahəsinə daxil olaraq buradakı bitkilərin bir hissəsini məhv edib. Nəticədə əkin sahəsinin bir hissəsinə zərər dəyib. Əkinlər sığortalı olduğu üçün Aqrar Sığorta Fondu tərəfindən fermerə 2 303 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Şəmkir rayonunun Varlı Həyat kəndindən olan iki fermer isə arpa sahələrinə dolu yağması nəticəsində dəymiş zərərə görə sığorta ödənişi alıb.

Fermer Nəsir Yusifov 2025-ci ildə 23 hektar arpa sahəsini sığortalayıb və bunun üçün 927 manat sığorta haqqı ödəyib. May ayında baş verən dolu hadisəsi nəticəsində arpa sahəsinin bir hissəsinə zərər dəyib. Dəymiş zərər Aqrar Sığorta Fondu tərəfindən qiymətləndirilib. Aparılmış baxış və ekspertiza nəticələrinə əsasən fermerə 12 302 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Həmin kənddən olan digər fermer Eldəniz Yusifov isə 2025-ci ildə 10,6 hektar arpa sahəsini sığortalayıb və bunun üçün 364 manat sığorta haqqı ödəyib. May ayında baş verən dolu hadisəsi onun da əkin sahəsinə zərər vurub və aparılmış zərər qiymətləndirməsi nəticəsində fermerə 5 313 manat məbləğində sığorta ödənişi edilib.

Şəmkir rayonunun Keçili kəndindən olan fermer Nemət Məmmədov isə 2,75 hektar sahədə nektarin bağını sığortalayıb. Bağın sığortalanması üçün 4 240 manat sığorta haqqı ödənilib. Sahədə baş verən şaxtavurma (donvurma) hadisəsi nəticəsində meyvə bağına zərər dəyib. Ekspert araşdırması və zərərin hesablanmasından sonra Aqrar Sığorta Fondu tərəfindən fermerə 13 710 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Fermerlərə sığorta ödənişlərini təqdim edən Aqrar Sığorta Fondunun Şəmkir regional filialının rəhbəri Valeh Əsədov və Goranboy regional filialının rəhbəri Tofiq Əsgərov aqrar sığorta mexanizminin fermer təsərrüfatlarının qorunmasında mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Bildirilib ki, aqrar sığorta dövlət dəstəkli olduğu üçün sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığortalaya bilirlər. Hadisə baş verdikdə isə sığorta ödənişi fermerin ödədiyi sığorta haqqını dəfələrlə üstələyir.

Aqrar Sığorta Fondunun nümayəndələri fermerləri dövlətin bu dəstəyindən istifadə etməyə və təsərrüfatlarını güzəştli şərtlərlə sığortalamağa çağırıblar.Aqrar Sığorta Fondunun fermerlərə sığorta ödənişləri davam edir.

Aqrar Sığorta Fondu Şəmkir Samux sığorta ödənişləri dövlət dəstəyi sərfəli aqrar sığorta fermerlər təsərrüfatlar arpa şaftalı Füzuli kəndi Asif Qurbanov 44 hektar sığorta haqqı 557 manat vəhşi heyvan hücumu ceyran sürüsü zərər 2 303 manat ödəniş Varlı Həyat kəndi Nəsir Yusifov 23 hektar sığorta haqqı 927 manat dolu 12 302 manat ödəniş Eldəniz Yusifov 10 6 hektar sığorta haqqı 364 manat 5 313 manat ödəniş Keçili kəndi Nemət Məmmədov nektarin bağı 2 75 hektar sığorta haqqı 4 240 manat şaxtavurma donvurma 13 710 manat ödəniş Valeh Əsədov Tofiq Əsgərov regional filial rəhbərləri sığorta mexanizmi təsərrüfatların qorunması dövlət tərəfindən 50% dəstək cüzi məbləğ güzəştli şərtlər çağırış sığorta ödənişləri davam edir
27.01.2026 16:50

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18