Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2025-ci ilin yekun maliyyə nəticələri AFB Bankın inkişaf strategiyasının, risklərin idarə olunmasının və müştəriyönümlü biznes modelinin effektivliyini bir daha təsdiqləyir. 2024-cü ilin sonu ilə müqayisədə Bankın əsas maliyyə göstəriciləri üzrə qeydə alınan əhəmiyyətli artım həm əməliyyat miqyasının genişləndiyini, həm də maliyyə dayanıqlığının daha da möhkəmləndiyini göstərir.

Marja xəbər verir ki, bu, AFB Bankın yaydığı press-relizdə bildirilir.

Aktivlər: bünövrənin möhkəmləndirilməsi və davamlı artım

Qeyd edilib ki, 2025-ci ilin sonunda Bankın ümumi aktivləri 423,0 milyon manat təşkil edib ki, bu da illik əsasda 43,3% artım deməkdir. Aktivlərin artımı Bankın biznes istiqamətlərinin inkişafı nəticəsində bazardakı mövqeyinin güclənməsi və resursların daha səmərəli istiqamətləndirilməsi ilə bağlıdır. Hesabat dövründə gəlir gətirən aktivlərin ümumi aktivlərdə payı 82,3%-ə çataraq yüksək səmərəlilik göstəricisi formalaşdırıb.

Kredit portfeli: real sektora dəstək və yüksək dinamika

Bankın kredit portfeli 2025-ci ilin sonunda 300,7 milyon manat olub ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 64,2% artım deməkdir. Kredit portfelinin 55%-i biznes kreditlərinin payına düşür ki, bunun da 42%-i KOS və korporativ, 13%-i isə mikro və aqro kreditlərdir. Portfelin qalan 45%-i ipoteka və pərakəndə kreditlərdən ibarətdir. Bu göstəricilər Bankın bütün müştəri seqmentlərinə xidmət etdiyini və şaxələndirilmiş inkişaf modelini əks etdirir.

Əmanət portfeli: etimadın göstəricisi

2025-ci ilin sonunda Bankın müştərilərinin əmanətləri 226,4 milyon manata yüksəlib. Bundan əlavə, maliyyə institutlarından, fondlardan və istiqrazların yerləşdirilməsindən cəlb edilən vəsaitlərin həcmi 107 milyon manat təşkil edib. Bu, Bankın həm likvidlik, həm də uzunmüddətli resurslar baxımından sağlam baza formalaşdırdığını göstərir.

Mənfəətlilik: güclü sıçrayış

Hesabat dövründə Bank 4,26 milyon manat xalis mənfəət əldə edib. Ötən il ərzində Bankın gəlirləri 17,6% artaraq 36,7 milyon manata çatıb, inzibati xərclər isə 20 milyon manat təşkil edib ki, bu da illik ifadədə 33% artım deməkdir. Artımın əhəmiyyətli hissəsi transformasiya dövründə rəqəmsal həllərə, risklərin idarə edilməsi sisteminə və insan kapitalına yönəldilən investisiyalarla bağlıdır.

Risklər və kapital adekvatlığı

Bankın qeyri-işlək aktivlərinin kredit portfelində payı 41,5% azalıb ki, bu da həmin aktivlərin effektiv idarə olunmasının göstəricisidir. Bankın kapital mövqeyi prudensial normalardan xeyli yüksəkdir:

I dərəcəli kapitalın adekvatlıq əmsalı – 21,9%,

Məcmu kapitalın adekvatlıq əmsalı – 24,2%.

Məcmu kapitalın həcmi 75,0 milyon manatı ötərək Bankın uzunmüddətli inkişaf və risklərə qarşı davamlılıq potensialını təmin edir.

Strateji perspektiv

2025–2029-cu illəri əhatə edən strategiyanın ilk ilində Bank bir sıra əsas strateji layihələri uğurla həyata keçirib. Hesabat dövründə korporativ bankçılıq və SME istiqamətləri yenidən qurulub, mikrokreditləşmə və pərakəndə bankçılıq üzrə fəaliyyət modelləri formalaşdırılıb, risklərin idarə edilməsi sistemi yenilənib, end-to-end rəqəmsal kreditləşmə həlli istifadəyə verilib və istiqraz buraxılışı həyata keçirilib.

Eyni zamanda, Neftçilər filialı fəaliyyətə başlayıb, Fitch Ratings beynəlxalq reytinq agentliyi Banka “B” uzunmüddətli emitent reytinqi (IDR) və “Stabil” proqnoz verib. Qarşıdakı dövrdə Bank böyümənin davam etdirilməsini, rəqəmsal transformasiyanın dərinləşdirilməsini və maliyyə bazarlarında mövqeyinin gücləndirilməsini əsas prioritetlər kimi müəyyən edib.

AFB Bank 2025 maliyyə nəticələri AFB Bank inkişaf strategiyası AFB Bank xalis mənfəət AFB Bank aktivləri AFB Bank kredit portfeli AFB Bank biznes kreditləri AFB Bank KOS kreditləri AFB Bank pərakəndə kreditlər AFB Bank ipoteka kreditləri AFB Bank əmanət portfeli AFB Bank depozitləri AFB Bank likvidlik göstəriciləri AFB Bank gəlirləri və xərcləri AFB Bank risklərin idarə olunması AFB Bank qeyri-işlək kreditlər AFB Bank kapital adekvatlığı AFB Bank məcmu kapital AFB Bank rəqəmsal bankçılıq AFB Bank strateji layihələr AFB Bank Fitch reytinqi AFB Bank istiqraz buraxılışı Azərbaycan bank sektoru 2025 Marja.az bank xəbərləri
16.01.2026 12:56

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18