“Euronews”da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında xüsusi veriliş yayımlanıb – Video
“Euronews” telekanalında regionun əhəmiyyətli rəqəmsal bağlantı layihəsi olan Transxəzər Fiber-Optik Kabel Xətti haqqında xüsusi veriliş yayımlanıb. “Azerbaijan Diary” (“Azərbaycan Gündəliyi”) verilişinin buraxılışında bildirilib ki, “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) təşəbbüsünün mühüm komponenti olan layihə Xəzər dənizinin dibi ilə ilk fiber-optik infrastrukturun yaradılmasını nəzərdə tutur.
“AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov Transxəzər Fiber-Optik Kabel Xətti layihəsinin sürətlə inkişaf edən Orta Dəhliz regionu üçün yaradacağı üstünlüklər, həmçinin layihənin icrasına dair son yenilikləri diqqətə çatdırıb. O, vurğulayıb ki, dayanıqlı fiber-optik xətt regionun İKT ekosisteminin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirəcək: “Transxəzər Fiber-Optik Kabel Xətti Avropa ilə Asiya arasında daha qısa, balanslı və şaxələndirilmiş məlumat ötürülməsini dəstəkləyən və strateji mövqeyə sahib olan rəqəmsal marşrut olaraq fəaliyyət göstərəcək”.
Verilişdə, həmçinin layihənin əsas texniki göstəriciləri barədə detallı məlumatlar təqdim olunub. Qeyd edilib ki, tikintisi 2026-cı ilin sonunadək tamamlanması gözlənilən kabel xətti regionda texnoloji asılılığın azalmasına, rəqəmsal xidmətlərin çeşidinin genişlənməsinə və ölkələr, bizneslər, icmalar üçün yeni imkanların yaranmasına şərait yaradacaq.
“Euronews”un Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında hazırladığı xüsusi verilişi təqdim edirik:
“AzerTelecom” haqqında
“AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla topdansatış operatoru səviyyəsində rabitə xidmətləri, eləcə də rəqəmsal və digər telekommunikasiya xidmətləri təqdim edir. Şirkət yerli, regional və beynəlxalq istiqamətlərdə sürətlə inkişaf edir, həmçinin cəmiyyətin və İKT sektorunun dayanıqlı inkişafını təmin etmək üçün daim qabaqcıl texnologiyaları və innovasiyaları tətbiq edir.
AzerTelecom müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
7 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)




.jpg)






