“Azerconnect Group” RSD sisteminə qoşulan ilk özəl telekommunikasiya şirkəti oldu
Bu sistem vasitəsilə “Azerconnect Group” kağız üzərində sənəd dövriyyəsini aradan qaldıraraq, sürətli, etibarlı və elektron şəkildə sənəd mübadiləsini həyata keçirir.Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub.
RSD sistemi qurumlar arasında real vaxt rejimində təhlükəsiz elektron sənəd mübadiləsini təmin edən rəqəmsal platformadır.
Bu sistem vasitəsilə “Azerconnect Group” kağız üzərində sənəd dövriyyəsini aradan qaldıraraq, sürətli, etibarlı və elektron şəkildə sənəd mübadiləsini həyata keçirir. Platformaya qoşulmaqla “Azerconnect Group” proseslərin avtomatlaşdırılmasını, məlumatların təhlükəsizliyini və davamlılığını daha da artırır, həmçinin ölkənin rəqəmsal transformasiyasına töhfə verir.
RSD-nin inteqrasiyası həm də BMT-nin Qlobal Sazişinin üzvü olan “Azerconnect Group”un ESG (Ətraf mühit, sosial, idarəetmə) prinsiplərinə sadiqliyini nümayiş etdirir. Kağızdan istifadəni minimuma endirən sistem, ətraf mühitin qorunması və dayanıqlı inkişaf istiqamətində şirkətin fəaliyyətini daha da gücləndirir. Qeyd edək ki, “Azerconnect Group” RSD sisteminə keçid etmiş ilk özəl telekommunikasiya şirkəti olub.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən hazırlanan RSD layihəsi inteqrasiya olunmuş tərəflər arasında rəsmi məktublaşma və sənədlərin sürətli, təhlükəsiz və tam onlayn şəkildə mübadiləsini təmin edir. Sistem məlumatların məxfiliyini və bütövlüyünü qorumaq üçün sertifikatlaşdırılmış proqram və texniki həllərdən istifadə edir. Sənədlərin dövriyyəsinə nəzarət imkanını təmin etməklə yanaşı, sistem inzibati iş yükünü, kuryer və kağız xərclərini əhəmiyyətli dərəcədə azaldır.
“Azerconnect Group” haqqında
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
8 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
22 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib

















