SOCAR Midstream ağacəkmə aksiyası keçirib
“SOCAR Midstream Operations” MMC Abşeron rayonunun Müşfiqabad qəsəbəsi yaxınlığında ağacəkmə aksiyası təşkil edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirdə hər iki qurumun əməkdaşları və Nazirliyin könüllüləri iştirak ediblər.
Bakı–Şamaxı yolunun 30-cu kilometrliyində yaşıllaşdırma üçün ayrılmış ərazidə keçirilən aksiya çərçivəsində 1 hektar sahədə ümumilikdə 625 ədəd ağac əkilib. Ərazinin iqlim xüsusiyyətləri nəzərə alınaraq Eldar şamı və zeytun növlərindən olan tinglər seçilib, həmçinin ağacların davamlı su təminatı üçün damcı-suvarma sistemi quraşdırılıb.
Aksiya SOCAR-ın ölkədə ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslərindən biridir.
“SOCAR Midstream Operations” MMC-nin icraçı direktoru Fərhan Əliyev aksiya iştirakçılarına təşəkkür edərək bildirib ki, bu kimi tədbirlər ölkəmizdə yaşıllıq sahələrinin artırılmasına mühüm töhfə verir.
“SOCAR Midstream Operations” MMC 24 iyul 2014-cü il tarixində qeydiyyatdan keçib və şirkət hazırda neft boru kəmərləri və müvafiq təsisatlarda SOCAR-ın strateji səhmdar hüquq və maraqlarını təmsil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
10 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 31 d. əvvəl
-
35 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
49 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı



















