“AZINCLOUD” ilə məlumatlarını ölkə daxilində saxla!
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin ictimai “bulud” xidməti “AZINCLOUD” istifadəçilərə məlumatlarını ölkə daxilində saxlamaq imkanı yaradır.
Əsasən, fiziki şəxslər, kiçik və orta bizneslər, fərdi sahibkarlar və startaplar üçün nəzərdə tutulan “AZINCLOUD”da onlayn qeydiyyatdan keçərək qısa müddətdə öz “bulud” infrastrukturunu yaratmaq mümkündür. Xidmət çərçivəsində məlumatlar və informasiya sistemləri daha az xərclə və sürətli şəkildə idarə oluna bilir. Platformada istənilən vaxt, istənilən yerdən məlumatlara çıxış imkanı mövcuddur.
Qlobal “bulud” provayderləri ilə müqayisədə “AZINCLOUD”u seçməyin üstünlükləri aşağıdakılardır:
- Məlumatlar xarici serverlərdə deyil, ölkə daxilində saxlanılır;
- “AZINCLOUD”da hüquqi əsaslar yerli qanunvericiliyə uyğun tənzimlənir;
- Azərbaycan dilində olan platforma sadə interfeysə malikdir;
- Vətəndaşlara rahat istifadə imkanı yaradır;
- Tətbiq olunmuş qiymətlər yerli bazara uyğunlaşdırılıb;
- Yerli valyuta ilə ödəniş nəticəsində əlavə komissiyalardan azad olunma;
- 24/7 müştəri dəstəyi xidməti mövcuddur.
“AZINCLOUD” yerli bazarın tələblərinə uyğun, təhlükəsiz, sərfəli və rahat “bulud” həlli təqdim etməklə, ölkədə rəqəmsal transformasiyanın sürətlənməsinə və istifadəçilərin müasir texnologiyalardan səmərəli faydalanmasına şərait yaradır. Xidmətlərdən yararlanmaq üçün istifadəçilər platformanın əsas səhifəsində “Giriş” bölməsinə keçid edərək qeydiyyatdan keçə və özlərinə uyğun xidmətləri seçə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 34 d. əvvəl
- 35 d. əvvəl
-
- 41 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
17 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ən çox oxunanlar
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər














.jpg)






