Bank sekorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı Statistik bülleteninin Oktyabr sayını dərc edib.
Marja.az bülletenə istinadən xəbər verir ki, 31 Oktyabr 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 500, şöbələrinin sayı 87, ATM-lərin sayı 3 min 430 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.2% və ya 49 nəfər artaraq 26 min 921 nəfər təşkil etmişdir
Fəaliyyətdə olan bankların cəmi aktivləri 56 milyard 341.9 milyon manat, cəmi öhdəlikləri 49 milyard 182 milyon manat, balans kapitalı 7 milyard 159.9 milyon manat olmuşdur.
Hesabat ayında bankların kredit portfeli 0.4% və ya 127.6 milyon manat artaraq 29 milyard 403.9 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.1% (15 milyard 623.4 milyon manat);
ıı) istehlak kreditləri – 31.4% (9 milyard 232.4 milyon manat)
ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 548.1 milyon manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 73.3%-i və ya 36 milyard 62.9 milyon manat. Depozit portfelinin 57%-i (20 milyard 513.9 milyon manat) hüquqi şəxslərin, 43%-i (15 milyard 549 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 68.2%-i (10 milyard 610.2 milyon manat) milli valyutada, 31.8%-i (4 milyard 938.8 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.6%-i (9 milyard 883.6 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri oktyabr ayında 1.7% və ya 163.4 milyon manat, tələbli əmanətləri isə 0.2% və ya 8.6 milyon manat artmışdır.
2025-ci ilin oktyabr ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.7% (4 min 812 əmanətçi), ilin əvvəlindən isə 23.6% (35 min 450 əmanətçi) artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 236.8 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.3%-ni təşkil etmişdir.
2025-ci ilin yanvar - oktyabr aylarında banklar 986.8 milyon anat xalis mənfəət, 1 milyard 529.7 milyonmanat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 10 ayında banklar tərəfindən ümumilikdə 241.6 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin oktyabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 1% artaraq 37 milyard 27.4 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 374.2 milyon manat artaraq 2 milyard 959.6 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 334 min ədəd artaraq 21 milyon 701 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13.3% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 16% artmış, kredit kartlarının sayı isə 5.2% azalmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, oktyabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 17.6% artmışdır. 2025-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 825 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7milyard 776 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 45 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.5%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8.1%, POS-terminalların sayı 60.4% artmışdır.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 27 d. əvvəl
-
42 d. əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 10 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ




















