"Aqrar sektorun ÜDM-də payının azalması normal haldır və narahat olunacaq məqam deyil" - NAZİR
Azərbaycanda sənayeləşmə, xidmət sahələri, logistik xidmətlər genişləndikcə, aqrar sektorun ölkə iqtisadiyyatında payının azalması müşahidə olunacaq.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Baku TV"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, keçən ilin sonunda aqrar sektor Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) 5,7 % təşkil edib:
"Biz son illərdə kənd təsərrüfatının ÜDM-də payının getdikcə azaldığını görürük. Baxmayaraq ki, aqrar sektor artım tendensiyası nümayiş etdirir. Əslində, bu, normal haldır və narahat olunacaq məqam deyil. Belə ki, Azərbaycanda sənayeləşmə, xidmət sahələri, logistik xidmətlər genişləndikcə, aqrar sektorun ölkə iqtisadiyyatında payının azalması müşahidə olunacaq. Burada qorxulu heç nə yoxdur".
Nazir bunu onunla əsaslandırıb ki, Azərbaycan daha möhkəm, sənaye sahəsi güclənən ölkəyə çevrilir:
"İnkişaf etmiş ölkələrlə müqayisə etsək, bunun doğru istiqamət olduğunu görərik. Aqrar sahəsi inkişaf etmiş ölkələrdə kənd təsərrüfatının iqtisadiyyatlarındakı payı 1-2 % ətrafındadır. Odur ki, aqrar sahədə əsas gücümüzü məhsuldarlığın artımına yönəldirik. Məqsədimiz insanların səmərəli şəkildə işləməsidir".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
56 san. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 10 d. əvvəl
- 13 d. əvvəl
- 21 d. əvvəl
-
25 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
39 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı




















