Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçirildi
Azerbaijan Design Awards 2025 mükafatları təqdim edilib.6 noyabr 2025-ci il tarixində “Radisson” otelində Azərbaycanda memarlıq və dizayn sahəsinin ən möhtəşəm tədbirlərindən biri – Memarlıq və Dizayn Qala Gecəsi baş tutub.
Tədbir AZMİA (Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası) və AZMOB tərəfindən təşkil edilmişdi. Qala gecəsində ölkənin ən tanınmış memar və dizaynerləri, bu sahədə fəaliyyət göstərən şirkət və holdinqlərin rəhbərləri, mebel və tikinti şirkətləri iştirak ediblər.
Qalada həmçinin Azerbaijan Design Awards mükafatları da sahiblərinə təqdim olunub. Azərbaycanın ən tanınmış memar və dizaynerlərinin qatıldığı gecə möhtəşəm təqdimatlarla yadda qalıb.
Qeyd edək ki, Azerbaijan Design Awards bu ildən etibarən hər il keçiriləcək və memarlıq-dizayn sahəsində həm yerli, həm də beynəlxalq miqyasda uğur qazanmış, müasir trendləri təcəssüm etdirən layihə müəllifləri bu mükafata layiq görüləcəklər.
Layihə haqqında AZMİA-nın direktoru Fərman İslamlı Marja.az-a açıqlamasında bildirib:
“Bildiyiniz kimi, Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası və AZMOB tərəfindən böyük bir layihənin təməli qoyuldu. Məqsəd – Azərbaycan memar və dizaynerlərinin əməyinə dəyər verməkdir.
Qeyd edim ki, bu layihə çərçivəsində İtaliya, Türkiyə, Kanada və bir sıra Avropa ölkələrindən olan memar və dizaynerlər, həmçinin istehsalat şirkətlərinin mütəxəssisləri və yerli ekspertlərdən ibarət işçi qrup tərəfindən namizədlərin dəyərləndirilməsi həyata keçirilmişdir.
İki ay ərzində qeydiyyat prosesi davam etdi və 200-dən çox memar və dizayner layihədə iştirak üçün müraciət edib. Onların hamısı Qala gecəsinə dəvət olunublar və gecə ərzində namizədlərin adları səhnədə açıqlandı.Ölkəmizdə bu layihəyə maraq olduqca yüksək oldu. Layihəmiz memarlıq , dizayn , tikinti və mebel sektorunda qısa müddətdə böyük populyarlıq qazandı ”
Layihə təşkikatçılar tərəfindən hər il ənənəvi şəkildə həyata keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
12 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 33 d. əvvəl
-
37 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
51 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı




















