Birdən-birə ixracda 1-ci yeri tutan Şirinov 8 il azadlıqdan məhrum edildi - 326 milyonluq qaçaqmalçılıq
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılmış cinayət işi üzrə şübhəli bilinən şəxslərin məhkəməsinin yekun prosesi keçirilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Elvin Şirinov 8 il, Zöhrab Hidayətov 9 il, Qaçqın Hümbətov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər AR Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunurlar. Belə ki, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib, ixrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim edib, 326 milyon manatdan çox xüsusilə külli miqdarda məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib, bu qanunsuz əməllər eyni zamanda nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub.
Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur.
Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında yer almadığı halda, 2023-cü ildə qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında birdən-birə ilk onluqda 1-ci yeri tutub.
Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, “kiçik bir torpaq sahəsi belə olmayan” 2700187092 VÖEN-li fərdi sahibkar - kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi.
DTX-də aparılan istintaqla müəyyən olunub ki, Elvin Şirinov digər təqsirləndirilən şəxs Zöhrab Hidayətov tərəfindən qurulmuş kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir.
Belə maxinasiyalar ilə xarici valyuta ölkədən kənd təsərrüfatı mallarının satışı adı ilə çıxarılır. Lakin sonradan qanunvericiliyin tələblərinə zidd olaraq ölkəyə geri qaytarılmır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
-
2 saat əvvəl
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
"FNC BOKT" da 15 faizlə borc alır
Hotellər üçün minimum qiymət müəyyən edilməsi təklif olunur
Ən çox oxunanlar
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
Neftin qiyməti son 4 ayın ən yüksək səviyyəsinə çatdı
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR
"FINCA Azerbaijan" illik 9 faizlə 1 milyon dollar borc aldı
Qızılın qiymətində yeni rekord
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
Nəhəng neft şirkəti olan Lukoil ABŞ şirkətinə satılır






















