Mərkəzi Bank fırıldaqçılıq statistikasını açıqladı
2025-ci ilin ilk 6 ayında rəqəmsal fırıldaqçılıq hallarının cəmi məbləği 1 milyon 391 min manat təşkil edib.Mərkəzi Bank tərəfindən bank sektorunu əhatə edən rəqəmsal fırıldaqçılıq statistikası ictimaiyyətə açıqlanıb.
Marja.az Mərkəzi banka istinadən xəbər verir ki, rəqəmsal fırıldaqçılıq statistikasının açıqlanmasının əsas məqsədi ictimaiyyətin kibertəhlükəsizlik sahəsində maarifləndirmə və məlumatlılıq səviyyəsinin artırılmasıdır.
2025-ci ilin birinci yarımilini əhatə edən statistik hesabatda ölkədə fəaliyyət göstərən bütün banklarda baş vermiş fırıldaqçılıq əməliyyatlarına dair məlumatlar təqdim olunub. Statistik məlumatlar banklar tərəfindən Mərkəzi Banka təqdim edilən hesabatlar əsasında formalaşdırılır. Həmin hesabatlarda fırıldaqçılığın əsas və alt növləri, əməliyyatların tipi, zərər məbləği və digər analitik göstəricilər əks olunur.
Hesabatda beynəlxalq təcrübə nəzərə alınmaqla rəqəmsal ödənişlərdən istifadə zamanı fırıldaqçılıq əməliyyatların monitorinqi üçün müəyyən edilmiş müvafiq metrik göstəricilər əsasında dövri ölçmələr aparılıb. Belə ki, hesabatda ölkədaxili və ölkəxarici fırıldaqçılıq əməliyyatları üzrə dövrlər üzrə müqayisəli göstəricilər, o cümlədən əməliyyatların dinamikası və strukturunda müşahidə olunan dəyişikliklər təhlil olunub.
Qeyd edək ki, Mərkəzi Bankın təşəbbüsü ilə 16 may 2025-ci il tarixində rəqəmsal ödənişlər üzrə dələduzluq halları ilə mübarizə tədbirləri çərçivəsində Daxili İşlər Nazirliyinin və bankların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Bu qrupun fəaliyyəti rəqəmsal maliyyə ekosistemində informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin gücləndirilməsi, qabaqlayıcı tədbirlərin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə əsaslanan koordinasiyalı fəaliyyətin təmin edilməsinə yönəlib.
Rəqəmsal fırıldaqçılıq statistikasının bundan sonra rüblük əsasda ictimaiyyətlə paylaşılması planlaşdırılır.
Ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq halları, 2025-ci il, 1-ci rüb,
Ölkədaxili əməliyyatlar:
• Kartlarla fırıldaqçılıq əməliyyatlarının sayı: 992
• Ümumi məbləği: 430 944 AZN
• Ən yüksək paya malik fırıldaqçılıq kateqoriyası: Hesab/kart məlumatlarının ələ keçirilməsi (68,8%)
• Ən yüksək paya malik avadanlıq növü: Elektron ticarət və mobil tətbiq (96,9%)
Ölkəxarici əməliyyatlar:
• Kartlarla fırıldaqçılıq əməliyyatlarının sayı: 3628
• Ümumi məbləği: 185 910 AZN
• Ən yüksək paya malik fırıldaqçılıq kateqoriyası: Kartın fiziki iştirakı olmadan (80,3%)
• Ən yüksək paya malik avadanlıq növü: Elektron ticarət və mobil tətbiq (89,7%)
Ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq halları, 2025-ci il, 2-ci rüb
Ölkədaxili əməliyyatlar:
• Kartlarla fırıldaqçılıq əməliyyatlarının sayı: 570
• Ümumi məbləği: 344 083 AZN
• Ən yüksək paya malik fırıldaqçılıq kateqoriyası: Hesab/kart məlumatlarının ələ keçirilməsi (44,47%)
• Ən yüksək paya malik avadanlıq növü: Elektron ticarət və mobil tətbiq (99,7%)
Ölkəxarici əməliyyatlar:
• Kartlarla fırıldaqçılıq əməliyyatlarının sayı: 4798
• Ümumi məbləği: 430 104 AZN
• Ən yüksək paya malik fırıldaqçılıq kateqoriyası: Kartın fiziki iştirakı olmadan (81,2%)
• Ən yüksək paya malik avadanlıq növü: Elektron ticarət və mobil tətbiq (87,3%)
Ölkədaxili fırıldaqçılıq əməliyyatları 1-ci rüb ilə müqayisədə 2-ci rübdə:
• Rəqəmsal fırıldaqçılıq hallarının məbləği 11% azalıb,
• Əməliyyat sayı isə 27% azalıb,
• Təsirə məruz qalmış kart sayı 19% azalıb.
Ölkəxarici fırıldaqçılıq əməliyyatları
• Əməliyyat sayı 13,8% artıb,
• Məbləği 36,9% artıb,
• Məruz qalmış kart sayı 16,8% artıb.
Bu təqdimatda əks olunmuş göstəricilər banklar tərəfindən Mərkəzi Banka təqdim edilmiş məlumatlar əsasında hazırlanıb. Mərkəzi Bankın apardığı təhlillər göstərir ki, bu təqdimatda qeyd olunmuş bütün fırıldaqçılıq halları ödəniş kartları istifadəçiləri tərəfindən şəxsi məlumatların kiberdələduzlara təqdim olunması nəticəsində baş verib.
Statistik hesabata dair daha ətraflı məlumatla bu link vasitəsilə tanış ola bilərsiniz: https://uploads.cbar.az/assets/6c136fad575d5457f608cba34.pdf
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)






