Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
(Aİ) üzv ölkələri Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qaz (LNG) idxalının 2028-ci ilin əvvəlindən tamamilə dayandırılmasını nəzərdə tutan plana dəstək veriblər.
Marja xəbər verir ki, Aİ Şurasının məlumatına görə, üzv ölkələrin enerji nazirləri Lüksemburqda keçirilən iclasda Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılmasına dair müvafiq razılaşmaya gəliblər.
Qaz idxalına mərhələli qadağa tətbiq ediləcək
Yeni plana əsasən, Rusiyadan qaz idxalı mərhələlərlə aradan qaldırılacaq:
2026-cı il yanvarın 1-dən – yeni müqavilələr üzrə,
2026-cı il iyunun 17-dən – qısamüddətli müqavilələr üzrə,
2028-ci il yanvarın 1-dən – uzunmüddətli müqavilələr üzrə qaz idxalına son qoyulacaq.
Açıqlamada bildirilir ki, “Təklif olunan qaydalar Rusiyadan boru kəməri qazı və LNG idxalına hüquqi baxımdan məcburi mərhələli qadağa tətbiq edir. Bu çərçivədə 2028-ci il yanvarın 1-dən etibarən Rusiya qazına tam qadağa qüvvəyə minəcək”.
Mövcud müqavilələrdə dəyişikliklərə yalnız məhdud şəkildə icazə veriləcək. Bununla yanaşı, dənizə çıxışı olmayan və qaz təchizatında çətinlik yaşaya biləcək Aİ ölkələrinə müəyyən elastiklik təqdim edilə bilər.
Layihənin qüvvəyə minməsi üçün Aİ Şurası və Avropa Parlamenti tərəfindən təsdiqlənməsi tələb olunur.
Rusiya qazından asılılıq azalır
Rəqəmlərə əsasən, Aİ 2021-ci ildə istehlak etdiyi təbii qazın təxminən 45 faizini Rusiyadan idxal edirdi. Lakin bu göstərici 2024-cü ilin sonuna qədər 19 faizə enib.
Buna baxmayaraq, bir çox Aİ ölkəsi hələ də Rusiyadan LNG və boru kəməri qazı almaqda davam edir. Yeni plan bu asılılığı tam şəkildə aradan qaldırmağı hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)








