“SUP VC”dən cavab gəldi - Sosial şəbəkələrdəki paylaşımlara nöqtə qoydu - XƏBƏR YENİLƏNİB
“SUP VC”dən iddialara sərt reaksiya: “Yayılan məlumatlar həqiqətə uyğun olmayan, qarayaxma xarakterlidir. Bütün öhdəliklərimizi qanun çərçivəsində yerinə yetiririk. Caucasus Ventures-lə hüquqi bağlılığımız yoxdur, Caucasus Ventures-in sədrinin də “SUP VC” MMC-də payı yoxdur”.
2025-10-14 / 16:48 - “SUP VC” MMC şirkəti İnstagram səhifəsində paylaşılmış açıqlamasını təkzib edib.
"Yayımlanan xəbər texniki səhv nəticəsində dərc olunub. Məsələ ilə bağlı "SUP VC" MMC tərəfindən rəsmi təkzib verilir",- məlumatda bildirilir.
XXX
2025-10-13 / 21:01 - “SUP VC” MMC son günlər sosial mediada haqqında yayyılan məlumatlara münasibət bildirib.
Marja.az xəbər verir ki, “SUP VC” MMC açıqlamasında yayılan məlumatların "həqiqətə uyğun olmayan, qarayaxma xarakterli" məlumatlar olduğunu qeyd edib.
Açıqlamada bildirilir:
"Hüquqi status:
“SUP VC” MMC Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dövlət qeydiyyatından keçmiş və öz nizamnaməsinə əsasən fəaliyyət göstərən hüquqi şəxsidir. Şirkətin yeganə təsisçisi və icraçı direktoru Eyvazov Rəşad Əsəf oğludur.
Fəaliyyət istiqamətləri və şəffaflıq:
“SUP VC” MMC innovasiya və startap ekosistemi sahəsində fəaliyyət göstərən bir şirkətdir və əsas istiqamətləri təlim, tədris, biznes inkubasiya və innovasiya layihələrinin idarə olunmasıdır.
Şirkət bu günə qədər həm dövlət qurumları, həm də özəl təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif layihələr həyata keçirmiş, hər bir layihə üzrə sifarişçi tərəfə fəaliyyət və maliyyə hesabatlarını qanunvericiliyə uyğun şəkildə təqdim etmişdir.
“SUP VC” MMC yarandığı gündən bəri bütün vergi öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirmiş, heç bir maliyyə və ya inzibati problem yaşamamışdır.
Caucasus Ventures ilə əlaqələr:
Şirkətimizin Caucasus Ventures ilə heç bir rəsmi və hüquqi bağlılığı yoxdur. Biz bu qurumla digər ekosistem nümayəndələri kimi əməkdaşlıq və qarşılıqlı əlaqələr saxlayırıq. Bununla belə, nəzərinizə çatdırmaq istərdik ki, bəzi sosial media paylaşımlarında qeyd olunduğundan fərqli olaraq, Caucasus Ventures-in sədrinin “SUP VC” MMC-də hər hansı payı və ya hüquqi iştirakçılığı mövcud deyil.
Son aylarda yayılan əsassız məlumatlara baxmayaraq, SUP VC MMC olaraq, biz hər hansısa konfliktə qoşulmaq istəmirik və hər zaman ekosistemin inkişafına töhfə verməyə, innovasiya və sahibkarlıq mühitinin güclənməsinə xidmət etməyə hazır olduğumuzu bildiririk
Şirkətimiz fəaliyyətini şəffaflıq, etik prinsiplər və qanunlara tam uyğun şəkildə həyata keçirir. Yayılan dezinformasiyaların artması ilə əlaqədar olaraq, ictimaiyyəti düzgün məlumatlandırmaq məqsədilə bu bəyanatla çıxış etməyi zəruri hesab edirik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)




.jpg)
