BOKT “Embafinans”xalis mənfəətinin azalmasına aydınlıq gətirdi
BOKT “Embafinans”: "Maliyyə sabitliyini gücləndirimək və riskləri qabaqlamaq məqsədilə qərar qəbul edilib"BOKT “Embafinans” Qapalı Səhmdar Cəmiyyəti 2025-ci ilin birinci yarısına dair maliyyə nəticələrinə, o cümlədən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədilə xüsusi ehtiyat ayırmalarının artırılması və bununla əlaqədar olaraq xalis mənfəətin azalması məsələsinə münasibət bildirib.
Şirkətdən Marja.az-a verilən məlumata görə, hesabat dövründə xalis mənfəətin əvvəlki ilin eyni dövrü ilə müqayisədə müəyyən qədər azalması, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədilə xüsusi ehtiyat ayırmalarının artırılması ilə əlaqədardır. Bu qərar, şirkətin risklərin idarə edilməsi siyasətinə uyğun olaraq, potensial kredit risklərinin qabaqlayıcı şəkildə qarşılanması və gələcək dövrlərdə maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə qəbul edilmişdir.
Qeyd edilib ki, bununla yanaşı, BOKT “Embafinans” QSC-nin 2025-ci ilin ilk altı ayı ərzində əməliyyat gəlirləri artım dinamikasını davam etdirmişdir. Belə ki, faiz gəlirləri 28,5%, qeyri-faiz gəlirləri isə 55% artmışdır. Bu, şirkətin əməliyyat fəaliyyətinin effektivliyinin və bazar mövqelərinin gücləndiyinin göstəricisidir.
"Xalis mənfəətin ötən ilin eyni dövrü ilə müqayisədə azalması şirkətin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədilə xüsusi ehtiyat ayırmalarının artırılması ilə bağlıdır. Bu addım maliyyə sabitliyinin gücləndirilməsi və risklərin qabaqlayıcı şəkildə idarə olunması məqsədilə atılmışdır",- məlumatda deyilir.
BOKT “Embafinans” QSC fəaliyyətində şəffaflıq, qanunvericiliyə riayət, risklərin effektiv idarə olunması və müştəri maraqlarının qorunması prinsiplərinə sadiq qalır. Şirkət bundan sonra da dayanıqlı inkişafı və maliyyə sektorunda etibarlı tərəfdaş statusunu qorumaq istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)
