110 000 km-dən çox sürülmüş BYD - ÖZÜNÜ NECƏ GÖSTƏRİR? - VİDEO
BYD avtomobili 100 000 km-dən sonra özünü necə göstərir? BYD Abşeron 110 000 km sürmüş BYD sürücüsünün təcrübəsini paylaşdı(®) Avtomobil alıcılarının ən çox verdiyi suallardan birinə BYD Abşeron (@byd_absheron) aydınlıq gətirib.
BYD Abşeron komandası 110 000 km-dən çox yol qət etmiş BYD Destroyer 05 modelinin sahibi Nurlan bəy ilə xüsusi reportaj hazırlayıb.
Nurlan bəy bildirib ki, avtomobili 2024-cü ilin sentyabr ayında alıb və artıq 1 ildən çoxdur idarə edir. Bu müddətdə avtomobilin yürüyüşü 110 204 km-ə çatıb.
Ən çox maraq doğuran məsələlərdən biri olan yanacaq sərfiyyatı ilə bağlı Nurlan bəy belə deyir:
•Şəhər içi: 3,5 litr
•Magistral: 4-5 litr
Bu göstəricilər BYD-nin qənaətcil və səmərəli olduğunu təsdiqləyir.
110 000 km-dən sonra belə, avtomobil sahibi bildirir ki, heç bir detal dəyişdirilməyib və indiyə qədər ciddi nasazlıq olmayıb.
Batareyalar barədə sualı cavablandıran Nurlan bəy qeyd edir:
“Batareyalarda heç bir dəyişiklik yoxdur. Mənzil hava şəraitindən asılıdır. Yayda 60-70 km, qışda isə 50-55 km arasında dəyişir.”
Maraqlı məqam odur ki, Nurlan bəy yalnız bir BYD ilə kifayətlənməyib. O, artıq ikinci BYD avtomobilini də alıb.
Onun sözlərinə görə:
“BYD almaq istəyənlərə tövsiyəm odur ki, düşünmədən ala bilərlər.”
110 000 km real sürüş təcrübəsi göstərir ki, BYD avtomobilləri yalnız yeni olduqda deyil, uzunmüddətli istifadə zamanı da etibarlı və qənaətcil seçimdir.
Azərbaycanda BYD markasının rəsmi nümayəndəsi olan Group Motors şirkəti eyni zamanda Toyota Abşeron, Ford, Subaru, Mazda, Mitsubishi və Honda kimi dünya brendlərinin rəsmi nümayəndəsidir. Masazır dairəsində Sumqayıt şosesi 6-cı km ünvanında fəaliyyətə başlayacaq BYD Abşeron mərkəzi 1100 kv.m satış salonu, 700 kv.m servis zonası və 660 kv.m ehtiyat hissə anbarı ilə alıcılara xidmət edəcək. Burada təqdim ediləcək bütün avtomobillərə 6 il və ya 150 000 km rəsmi zəmanət veriləcək, eyni zamanda rəsmi servis və ehtiyat hissələri ilə müştərilərə tam dəstək göstəriləcək.
BYD Abşeronun hazırlıq prosesi göstərir ki, Azərbaycanda hər ailənin bir BYD-si olacaq!
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 32 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
-
- 41 d. əvvəl
-
46 d. əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 47 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Dəmir Yolları Çindən yeni yük və sərnişin lokomotivləri alır
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
Ən çox oxunanlar
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
"Subsidiya qaydalarına və texnikalara güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
























