"Müştəri gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirə bilər"
Müştərilər Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin gözləmə zalında yerləşən müştəri xidməti köşkündə müxtəlif ünvan və obyektlərə gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirərək, elə yerindəcə ödəniş terminalından istifadə etməklə ödəniş edə bilirlər
Bunu açıqlamasında "Bakı Taksi Xidməti" MMC-nin baş direktoru Fuad Əliyev bildirib.
Onun sözlərinə görə, hava limanında fəaliyyət göstərən şirkət Azərbaycana gələn qonaqlara və vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərmək məqsədilə minik avtomobillərini taksometr və ödəniş terminalları ilə təchiz edib:
"Bu, müştərilərə göstərilən xidmətin dəyərini nağdsız qaydada rahat şəkildə ödəmək imkanı yaradır. Eyni zamanda, hava limanının sərnişin gözləmə zalında yerləşən müştəri xidməti köşkündə şəhərin tanınmış obyekt və hotellərinə qədər gediş qiymətlərini, həmçinin Azərbaycan manatının müxtəlif beynəlxalq valyutalara ekvivalentini əks etdirən elektron tablo quraşdırılıb".
F.Əliyev qeyd edib ki, müştərilər köşkdə müxtəlif ünvan və obyektlərə gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirərək, elə yerindəcə ödəniş terminalından istifadə etməklə ödəniş edə bilirlər: "Şirkət bundan sonra da müştərilərin rahatlığı və şəffaflığı təmin etmək məqsədilə yeni texnoloji həllərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirəcək".
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
14 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
19 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 31 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq

























